Sizin reklam burada

Polina Türkiyə üçüncüsü oldu

Title
Polina Türkiyə üçüncüsü oldu
Voleybol üzrə Türkiyə çempionatında bürünc medalın sahibi müəyyənləşib. İlk oyunda “Qalatasaray”a 3:1 hesabıyla qalib gələn “Fənərbaxça” ikinci görüşdə də prinsipial rəqibini üstələyib – 3:0 (26:24, 29:27, 25:17). İlk iki setdə oynayan Polina Rəhimova qələbəyə 10 xalla töhfə verib. Beləliklə, yığma üzvü qardaş ölkədəki debüt mövsümündə “bürünc”ə sevinib.
Fransada isə 1/4 finalın cavab qarşılaşmaları keçirilib. “Le-Kann” evdə “San-Rafael”ə qalib gəlib - 3:1 (26:24, 23:25, 25:18, 25:20). Alyona Həsənova 15 xala imza atıb. “Venell” isə azarkeşləri önündə “Mülhauz”u üstələyib - 3:1 (25:18, 25:21, 20:25, 26:24). Anastasiya Qurbanova 14 xal toplayıb. Hər iki cütlükdə ümumi hesab 1:1 olduğundan əlavə qarşılaşmaya ehtiyac duyulub. Yarımfinalçılar sabah müəyyənləşəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.