• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Siti” ilə “Liverpul”un susqunluğu davam edir

Dünya futbolu

19-08-2024, 23:0

İngiltərə premyer-liqası yenə də transferlər baxımından bütün Avropanı qabaqlayır: klublar yeni keçidlərə artıq 1,5 milyard avro xərcləyib.

Ancaq bu yayın müəyyən özəlliyi var. İş ondadı ki, transfer bazarının lideri ...“Aston Villa”dı. “Çelsi” (buna artıq öyrəşmişik), “Vest Hem”, “Tottenhem” və “Mançester Yunayted” də yenilərə 100 milyondan artıq xərcləyib. Bəs çempion “Siti” hardadı? Bəs “Liverpul”?

İngiltərədə nəsə qəribə hadisələr baş verir – hələ MS-nin 100 milyon avroluq ehtiyat oyunçu aldığını görməmişik, “Liverpul”un da eləcə. Niyə belə olur – son illərin ən güclü iki klubuna gerçəkdən heç kim lazım deyil?

MS cəmi 25 milyon xərcləyib
“Siti” yalnız bir transfer həyata keçib – kluba Fransa “Trua”sından vinger Savio (və ya Savinyo) gəlib. Futbolçu ötən mövsümü sensasiyalı “Jirona”da keçirib, 9 qol vurub, 10 məhsuldar ötürmə verib. İstənilən başqa kluba 20 yaşlı vunderkindin keçidi ən azı 50 milyona (“Transfermarkt” ona belə qiymət qoyub) başa gələrdi. Ancaq “Siti” cəmi 25 milyon ödədi. Savionun bütün keçidlərinin qəribə tarixçəsi var – o, “Trua”ya klub üçün rekord sayılan 12,5 milyon avroya keçmişdi. Ancaq komandaya yardım etmək əvəzinə dərhal PSV-yə icarəyə verildi. Fransa klubu isə onsuz aşağı dəstəyə yuvarlandı. Növbəti il braziliyalı “Jirona”ya yollandı – “Trua” yenə əziyyət çəkdi. İndi isə fransızlar cəmi 25 milyon qazanacaq, hərçənd futbolçu indiki bazar şəraitində açıq-aşkar daha bahadı.

Əslində hər şey sadədi – həm “Trua”, həm “Jirona”, həm də “Mançester Siti” “City Football Group”a daxildi. Belə görünür ki, Savionu əvvəlcədən daha məşhur və uğurlu komanda üçün hazırlayıblar. “Siti”də isə sadəcə, pulu bir cibdən o biri cibə qoydular. Multiklub modelində işlər belə qurulub – yaxşı olan hər şey top-komandaya (əlbəttə, “Siti”yə) qismət olur, donor-klublar isə ümumi inkişaf modeli üçün çalışır.

Mövzudan bir qədər uzaqlaşdıq – məgər “şəhərlilər”də ən problemli mövqe vingerdi? Belə görünür ki, bəli. MS-nin heyəti son 8 ildə ilk dəfə Xosep Qvardiolanı tam qane edir. O, artıq müdafiədə çoxlu variant sınayıb, hücumu yenidən qurub, meydanın mərkəzində dərinlik yaradıb və həqiqətən də “şəhərlilər”in güclənəsi yeri yoxdu. “Mançester Siti”dən liderlər getsəydi (Ederson, Bernardo Silva və De Bruynenin ayrılacağı ilə bağlı söz-söhbət gəzirdi), hansısa hərəkətlilik gözləmək olardı. Onların gedəcəyi ilə bağlı şayiələr səngidi, üçü də komandada qalacaq. Gedəcəkləri təqdirdə belə “Siti”nin ehtiyat variantları var. Qapıya Orteqanı keçirmək, orta sahəyə Silvanı çəkmək olar.

Bir sözlə, heyət gerçəkdən tam komplektləşib. Qvardiolanın sərəncamında istənilən mövqe üçün keyfiyyətli ehtiyat oyunçular var. Özü də mövsümöncəsi yoxlama oyunlarına baxsaq, Pep gənclər komandasından olan oyunçuları fəal şəkildə əsas heyət üçün hazırlayır. Ceyms Makeyti bu yay parlaq təsir bağışladı, baş məşqçi ona artıq oyun vaxtı verəcəyini vəd edib.

Və daha bir amil var – Pep son aylarda tez-tez klubla müddəti gələn ilin yayında bitəcək müqavilənin onun üçün sonuncu olacağını deyir. Hələ yekun qərarını verməsə də, qalmasından getməsinin real olduğunu vurğulayır. İspaniyalı mütəxəssisi anlamaq olar. Mümkün olan hər şeyi qazandığına görə ildən-ilə motivasiyası azalır. Bu isə zarafat deyil. Qvardiola mayda jurnalistlərə məhz elə belə demişdi:

“Növbəti mövsüm hansı motivasiyamın olacağını bilmirəm. Hər şey ediləndən sonra onu tapmaq çətindi”.

Rəhbərliyi də anlamaq olar. Baş məşqçi getməyə qərar veribsə, rəhbərlik ulduz futbolçularla niyə uzunmüddətli müqavilələr bağlasın ki?! Əlbəttə, Pepin varisi üçün yaxşı heyət yığmaqda məna var, ancaq indiki MS-də heç nəyi dəyişmək lazım deyil.
“Siti”nin böyük sövdələşmələr gerçəkləşdirməməsinin daha bir səbəbi var. Yerli futbol qurumu klubun “maliyyə feyr-pleyi” qaydasını pozması ilə bağlı araşdırmanı davam etdirir. Hələ ki publikaya yalnız 2009-18-ci illər aralığında olanlar bəllidi, həmin dövrdə qayda pozuntularının sayı 115 olub. Mediada yazılanlara inansaq, bu işlə bağlı ilk dinləmələr artıq payızda baş tutacaq, son hökm isə gələn ilin yayından tez çıxmayacaq. “Siti”ni aşağı dəstəyə göndərəcəklərinə inanmaq çətindi. Çox güman, “şəhərlilər” canını böyük məbləğdə cərimə ilə qurtaracaq. Bununla belə, bu mövzuda klubda gərginlik artır.

“Liverpul” və Arne Slot erası
“Liverpul” bu gün böyük transferlər etmədiyinə görə Yürgen Kloppa borcludu. Həqiqətən də, alman mütəxəssis və korpusu böyük işlər görüb. Görünür, Klopp vaxtında getdi, klubdakı bütün proseslərin məhz onun üzərində kilidləndiyi fiqura çevrilməyi gözləmədən. Ferqyusondan sonra MY-nin, Vengerdən sonra “Arsenal”ın başına gələnləri xatırlayın. Hər iki halda yeni baş məşqçiyə artıq nəsildəyişməyə ehtiyac duyan, gənc olmayan heyət qismət oldu, hər iki kluba vəziyyəti düzəltmək üçün bir neçə il lazım gəldi.

“Liverpul”da bu mənada işlər yaxşıdı – heyət yetərincə komplektləşdirilib. Qapıda çempionatın ən yaxşı qapıçılarından biri dayanıb, müdafiənin mərkəzində möhkəm cütlük var, Klopp yarımmüdafiəni ötən yay yeniləyib, hücumda isə üç mövqeyə 6 iddiaçı var.

Arne Slota çox balanslaşdırılmış heyət qismət oldu. Onun sərəncamında həm təcrübəli və top səviyyədə olan ulduzlar, həm karyerasının parlaq dönəmini yaşayan futbolçular, həm də yeni və gənc nəslin nümayəndələri var.

Bununla belə, “Liverpul”a da yenilənmə mane olmazdı: məsələn, artıq çoxdan orta sahə dünya səviyyəli dayaq yarımmüdafiəçisinə ehtiyac duyur. Hazırda “Real Sosyeadad”dan Subimendinin adı “qırmızılar”la yanaşı hallanır, ancaq danışıqlar çox ağır gedir. San-Sebastyan klubu həm onu, həm də “Arsenal”a yollanmaq niyyətində olan Merinonu itirmək istəmir. Elə futbolçu özü də yekun qərar verməyib.

Müdafiə xəttinə yeni futbolçu gətirmək də pis olmazdı. Burda Van Diyk – Konate tandeminə özək kimi baxılır. Ancaq fransalı zədəyəmeyillidi, onun əvəzedicisi Carell Kuansa isə hələ təcrübə toplamalıdı. “Liverpul”da müdafiənin mərkəzində Co Qomes də oynaya bilər. Vəssalam. Əlbəttə, icarədən qayıdan Sepp van den Berq də var, ancaq o, açıq-aşkar top-klub səviyyəsinə uyğun deyil. Ris Uilyamsla Neyt Fillipsin isə çoxdan getmək vaxtıdı. Klopp hətta ciddi zədə problemi ilə üzləşəndə də onlara nadir hallarda güvənirdi.

Bəs “Liverpul”un transferlərə əl atmamasının səbəbi nədi? Əlbəttə, səbəb o deyil ki, Slot heyəti tam komplektləşmiş sayır. Baş məşqçi hələ ki bütün futbolçularla tanış deyil. Bəziləri AÇ-2024-dən sonrakı məzuniyyətdən yenicə dönüb və mövsümlərarası dövrdə yoxlama oyunlarının heç birinə çıxmayıb. Əlbəttə, bu məqam transfer bazarında işləri çətinləşdirir. Niderlanlı məşqçi hələ də bütün futbolçuların imkanlarını dəyərləndirməyib, növbəti il üçün planlar üzərində düşünməkdədi. “Liverpul” isə elə klub deyil ki, hər yoldan ötəni heyətə götürsün, xüsusən də əlində olan resurslarla ehtiyaclarını ödəmək potensialı varsa.

Yəqin ki, transfer istiqamətində hansısa işlər görülür – komandaya heç bir futbolçunun gəlməyəcəyinə inanmaq çətindi. Sadəcə, keçid gözlənilməz və çox sürətli olacaq. Niyə? Kluba Maykl Edvards qayıdıb. Söhbət Kloppa bütün titulları qazanmağa imkan verən heyəti yığan məşhur idman direktorundan gedir. Özü də bu dəfə fərqli rolda. Onun səlahiyyətləri bir qədər də genişləndirilib. Edvards idman direktoru vəzifəsində çoxdankı dostu Riçard Hyuzu götürüb – o, 10 il “Bornmut”da işləyib.

Edvardsın üslubu sürətli və tam məxfi danışıqlardı. Klubun özünəməxsus insayder şəbəkəsi var, onlara da informasiya misqal-misqal ötürülür. Onlar yeni oyunçular haqda yazırlarsa, bu, adətən, o anlama gəlir ki, artıq müqavilə imzalanıb. Son nümunələrdən biri: ötən yay Dominik Soboslai ilə bağlı ilk şayiələrin yayılmasından macar futbolçunun müqavlə bağlamasına qədər cəmi 3-4 gün ötdü.

“Liverpul”un belə davranışının səbəbi sadədi: uzaq 2017-ci ildə jurnalistlər Kloppun həmin vaxt “Sauthempton”da oynayan Van Diyklə görüşdüyünü üzə çıxarmışdı. Bütün tabloidlərin yaydığı xəbər 100 faiz doğru idi. Bu üzdən “müqəddəslər” “Liverpul”u onların futbolçusu ilə müqaviləni klubla razılaşdırmamaqda ittiham etdi, mersisaydlılar sonradan üzr istəməli oldular. Enində-sonunda Van Diyk transfer olundu. Cəmi yarım il sonra keçid reallaşsa da, acı təcrübə unudulmadı. Klub həmin vaxtdan bəri bazarda çox qapalı çalışır. Elə indicə hansısa sövdələşmə ilə bağlı işlərin final mərhələsində olması ehtimalı böyükdü. Ya Subimendi, ya da hansısa başqa futbolçu ilə bağlı. Bir sözlə, “Liverpul” pul xərcləməyə hazırdı, “transfer pəncərəsi” qapanana qədər mütləq kimisə alacaq. Ancaq klub və rəhbərlik üçün futbolçunun sistemə ideal şəkildə uyğun gəlməsi və dərhal fayda verməyə başlaması çox vacibdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-12-2023, 20:0

Heyəti ən baha olan klublar hansılardı?

Dünya futbolu

29-09-2022, 14:0

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Dünya futbolu

9-04-2023, 14:0

MS ən bahalı heyətə malik klubdu

Dünya futbolu

2-04-2024, 22:0

“Mançester Siti” qitədə liderdi

Dünya futbolu

3-07-2023, 13:0

Yayın ən bahalı transferi kimdi?

Aktual
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Son xəbərlər
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə