
Lider sürprizə imkan vermədi
Həftəsonu futzal üzrə birinci liqada 22-ci tura yekun vurulub. Bakı İdman Sarayında baş tutan tur maraqlı mübarizə ilə yadda qalıb. Açılış matçında komandalar heç-heçəyə razılaşıb. Halbuki “Gilan”la oyunun böyük hissəsində U-17 hesabda öndə olub, amma sona 3 dəqiqə qalmış üstünlüyü əldən verib. “Green Log” “Romana”anı yenib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandalar arasında keçirilən oyun isə statusuna uyğun olaraq, gərgin alınıb. “Yeni Günəşli” “İtaldizain”lə görüşün ilk 8 dəqiqəsində rəqib qapısından 3 cavabsız top keçirib. “İtaldizain” sonradan fərqi minimum endirsə də, məğlubiyyətdən xilas ola bilməyib. “Yasamal-2” iddialı rəqibi “Qarabağ”a müqavimət göstərsə də, sürpriz gerçəkləşdirə bilməyib. Tura şənbə günü yekun vurulub. Mərkəzi oyunda “Baku Fire” ilə ADBTİA üz-üzə gəlib ki, “Bakı alovu” güclü tərəf olub. Beləliklə, ötən tur iddialı “Qarabağ”ı üstələyən komanda bu dəfə ADBTİA-dan güclü olub. “Standard” isə lideri büdrətməyə yaxın olub. Oyunun gedişində hesabda önə keçən “bank təmsilçisi” üstünlüyünü qoruya bilməyib və yekunda lider turu itkisiz başa vurub. Son matçda isə autsadyerlər qrupunda yer alan “Star” mövsümdə üçüncü qələbəsini bayram edib.
Turun nəticələrini nəzərinizə çatdırırıq:
U-17 – Gilan 2:2
Green Log – Romana 10:4
Yeni Günəşli – İtaldizain 5:3
Qarabağ – Yasamal-2 6:2
ADBTİA - Baku Fire 1:4
Hell Energy – Standard 6:3
Star – Baku Fans 4:3
1. Hell Energy 21 17 3 1 121-32 54
2. Baku Fire 22 17 2 3 145-60 53
3. Qarabağ 22 16 3 3 159-52 51
4. Green Log 22 15 2 5 96-52 47
5. ADBTİA 22 13 5 4 111-51 44
6. Standard 22 12 1 9 149-70 37
7. Yeni Günəşli 21 11 4 6 83-51 37
8. İtaldizain 22 10 4 8 109-56 34
9. Yasamal-2 22 10 0 12 107-100 30
10. Baku Fans 22 9 1 12 84-85 28
11. Star 22 3 0 19 51-200 9
12. U-17 21 2 2 17 53-103 8
13. Gilan 22 2 1 19 67-201 7
14. Romana 21 1 0 20 42-264 3