Maşallah Əhmədovu “İnter Arena”nın təhlükəsizlik xidmətinin əməkdaşı hirsləndirib
Ruslan Abışov: “Yenidən azarkeşlik hisslərini yaşamaq, uşaqlıq illərinə qayıtmaq istəyi keçdi könlümdən”
Kubokun yarımfinal qarşılaşmalarının dava-dalaşsız , problemsiz başa çatması yaxşı haldı. Qəbələdə yeli komandanı məğlub edən “Neftçi”nin üzvləri hansısa təzyiqlə rastlaşmadı. Eyni sözləri “Keşlə” – “Sumqayıt” matçına da aid edə bilərik. Yeganə diqqətçəkən məqam Samir Abasovun texniki zonadan qovulması oldu ki, bu da çılğınlığı ilə ad çıxaran məşqçi üçün ilk belə hal deyil. 1-2 dəqiqəlik söz-söhbətdən sonra ara sakitləşdi. Lakin hər iki oyunda bəzi diqqətçəkən məqamlar vardı ki, onlara toxunmasaq, olmur.
Ömər Paşayevin etiraf etdiyi səhv
22-ci turda baş tutan “Zirə” – “Qəbələ” matçında dördüncü hakim kimi görünən Ömər Paşayev “Keşlə” – “Sumqayıt” görüşündə də eyni funksiyanı daşıyırdı. Səhhətindəki problemə görə müvəqqəti meydanda əsas söz sahibi olmaqdan məhrum olan FİFA referisi hadisələrə nəzarət edir, qazondan kənarda xoşagəlməz halın yaşanmamasına çalışırdı. Elə Samir Abasovun texniki zonaya göndərilməsi də məhz Paşayevin Rəhim Həsənova müraciətindən sonra baş tutdu.
Ötən həftəsonu Zirədəki oyunda tablonun işləməməsinə görə diqqətləri üzərinə çəkən Ömər bu dəfə bir başqa məqamla yadda qaldı. Söhbət protokolun doldurulması zamanı yol verilən nöqsandan gedir. Belə ki, oyunun birinci hissəsinə 1 dəqiqə əlavə olunduğunu tribunada əyləşən diqqətli futbolsevərlərin hər biri gördü. Maşallah, tablonun işığı göz çıxarırdı. Əslində oyundan reportaj hazırlayan bəndəniz də qəzet üçün hazırladığı materialda bunu qeyd etmişdi. Lakin PFL-də yerləşdirilən rəsmi protokolda yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunduğunu görüncə, həmin “1 dəqiqə”ni silmək məcburiyyətində qaldım. Ki, növbəti, yəni bu sayda təzada aydınlıq gətirərəm.
Təbii ki, səhvə yol verilmişdi. Ya hakimlərin öz səhvi idi, ya da reportajı PFL-in saytına yerləşdirən hansısa həmkarımız diqqətsizlik etmişdi. Bu səbəbdən öncə Ömər Paşayevin özü ilə danışmağı vacib bildik. Və dərhal da məsələyə aydınlıq gəldi: “Diqqətınız üçün minnətdaram. Bəli, ilk hissəyə 1 dəqiqə əlavə etmişdim. Lakin protokolu yazanda səhvə yol vermişəm. Sırf mənim səhvimdi”.
Maşallah Əhmədov: “Polis olan yerdə mühafizəçiyə nə ehtiyac var?”
Elə həmin oyunun başlamasından 15 dəqiqə əvvəl matçın AFFA nümayəndəsi Maşallah Əhmədovun paltardəyişmə otaqlarına gedən dəhlizdə qəzəbləndiyini görmək çətin deyildi. Daim sakit görməyə alışdığımız Əhmədov polis çavuşlarına nəyisə izah edir, “belə də olmaz” deyib, narazılığını bildirirdi. Hətta bir məqamda polis kapitanı Maşallah bəyə yaxınlaşıb iradını dinlədi və dərhal çavuşlara tapşırığını verdi.
Söhbət nədən gedirdi? AFFA nümayəndəsini narazı salan məqam nə idi? Öz dilindən eşidək: “Stadionun təhlükəsizlik xidmətinin əməkdaşı var idi, onun heç “Keşlə”yə aidiyyatı yoxdu. Əslində stadiona nəzarət edirlər, qoruyurlar. Həmin şəxs dəhlizə daxil olmaq istəyirdi, polis də bizim tapşırığımız əsasında onu içəri buraxmırdı. Qarşılaşmadan əvvəl və oyunun gedişində təhlükəsizlik xidmətinin əməkdaşlarının dəhlizə daxil olmaq icazəsi yoxdu. Matç başa çatsın, hara istəyirlər, getsinlər, girsinlər. Amma həmin vaxt olmaz. Əvvəl eləydi ki, klubun mühafizəçiləri, yaxud cangüdənlər dəhlizdə dayana bilirdi. İndi icazə yoxdu. Öz aramızdı, polis olan yerdə mühafizəçiyə nə ehtiyac var? Mən də bunu onlara başa salmağa çalışırdım. Stadionun işçiləridi deyə narazılıq edirdilər. Rəisləri gəldi, başa saldım. Sağ olsun, məndən də, polislərdən də üzr istədi. Baxma da, yarımfinal oyunudu, həlledici mərhələdi. Girsinlər içəri, bir problem yaransın, sonra gəl bunun altından çıx. Ona görə də təhlükəsizlik tədbirlərinə polislər nəzarət edir”.
Ruslan Abışovun içindən gələn səs
“Qəbələ” – “Neftçi” oyunundan sonra yekun nəticə bir tərəfdə qalmışdı, “feysbuk”da əsas müzakirə mövzusu Ruslan Abışov idi. Cəzalı olduğuna görə meydana çıxmaq imkanından məhrum olan və ilk yarını jurnalistlərə yaxın yerdən izləyən müdafiəçi ikinci yarıda çılğın azarkeşlərin yanında peyda oldu. 90 dəqiqə “Forza Neftçi”nin sıralarında dayanan və onlarla birgə ayaqüstə komanda yoldaşlarını dəstəkləyən Ruslanın hərəkəti Azərbaycan futbolunda bir ilk idi. Bəlkə də nə vaxtsa olub, kimsə bu addımı atıb. Lakin ictimailəşməyib, xəbərimiz olmayıb. Abışovun yarıçılpaq azarkeşlərin yanında, boynuna klubun şərfini asmış vəziyyətdə “Neftçi”ni uğura səsləməsi xoş hal idi. Hər halda, azarkeşlərin istidə-soyuqda nə çəkdiyini bilmək futbolçu üçün vacibdi.
Ruslan oynadığı bütün komandalarda azarkeşlərə yaxınlığı ilə seçilib. Fanatlarla ünsiyyətdən qaçmaz, tənqidlərin qarşısında başını aşağı əyməyi bacarandı. Lakin gözlənilməz addımın hardan və ya nədən qaynaqlanması onu yaxından tanıyan biri kimi özümə də qaranlıq qaldı. Odu ki, səbəbkarı dinləyək: “Tribuna mənə yad deyil. Hələ kiçik yaşlarımda böyük qardaşım Sərxanla “Neftçi”nin oyunlarına gedir, komandanı dəstəkləyirdik. İndiyə kimi yadımdadı, Respublika stadionunda 13-cü sektorda yer alırdıq. Çünki çılğın azarkeşlər ora yığışırdı. “Qəbələ”ylə oyunun ilk 45 dəqiqəsini kənardan izləyirdim və “Forza Neftçi”nin üzvlərinin komandaya necə dəstək verdiyini görürdüm. Həqiqətən əla mənzərə idi. Birdən içimdən hiss gəldi ki, onların yanına gedib, yanlarında dayanım. Yenidən azarkeşlik hisslərini yaşamaq, uşaqlıq illərinə qayıtmaq istəyi keçdi könlümdən. Həm də “Forza Neftçi”nin üzvləri ilə yaxşı münasibətim var. Sağ olsunlar, məni görən kimi yanlarına çağırdılar, mərkəzdə durmağımı xahiş etdilər... Dəqiq xatırlamıram, məncə, Avropa futbolunda buna bənzər hallar olub. Amma mən bunu özümü kiməsə oxşatmaq üçün yox, sırf həmin an azarkeşlərin yanında olmaq üçün etdim”.
HƏBİB

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər