“Qarabağ”ın sadiq azarkeşlərinin toplaşdığı “İmarət” fanklubu Ağdam futbolunun 67 illiyi ilə bağlı ənənəvi “İmarət kuboku” keçirir. Turnirin baş sponsoru “Əmrahbank”dı. Fanklub hər zaman olduğu kimi “Futbol+”ə də dəvət göndərib. Ancaq bu dəfə medianı yalnız biz yox, üç komanda təmsil edəcək. Qalan iştirakçılar isə fanklublardan formalaşıb. Futzal qaydalarına əsasən keçiriləcək turnir bu dəfə əvvəlkilərdən fərqlənir. Belə ki, 8 iştirakçı olimpiya sistemi (uduzan çıxır) üzrə mübarizə aparacaq. “Futbol+” 1/4 finalda ötən yarışın finalçısı “Red Black Army” ilə münasibətləri aydınlaşdıracaq. Oyunlar müxtəlif günlərdə keçiriləcək. Püşkün nəticələri ilə tanış olun:
16 aprel. 20.00 XL Marafon - UltrAslan Azərbaycan
18 aprel. 22.00 Futbol+ - Red Black Army
20 aprel. 22.00 Qarabağ Ordu - Prosport
23 aprel. 20.00 İmarət Tayfa – Arsenal
Yarımfinalda “Futbol+/Red Black Army – Qarabağ Ordu/Prosport və XL Marafon/UltrAslan Azərbaycan – İmarət Tayfa/Arsenal cütləri formalaşacaq. Yarımfinal oyunlarının aprelin 24-25-də, finalın isə 27-də keçirilməsi nəzərdə tutulub.
SƏRXAN