Sizin reklam burada

İki yığma üzvü finalda

Title
İki yığma üzvü finalda
Aprelin 12-də Milli Gimnastika Arenasında batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı start götürüb. Yeniyetmələr arasında batut üzrə komanda yarışında qaliblər müəyyənləşib. Oğlanların mübarizəsində Belarus (170,400) Avropa çempionu olub. Böyük Britaniya (167,955) ikinci, Rusiya (166,175) isə üçüncü yeri tutub. Qızların turnirində Rusiya (160,370) qızıl, Belarus (155,925) gümüş, Yunanıstan (150,190) isə bürünc medal qazanıb. İkili mini-batut üzrə təsnifat yarışında 61,300 xal toplayan Tofiq Əliyev 21 iştirakçı arasında 15-ci yeri tutub və finala vəsiqə qazana bilməyib. Batut üzrə fərdi təsnifat yarışında yığma üzvləri fərqli nəticələrə imza atıb. Oğlanların yarışında Riyad Abbasov 80,595 xalla 65 iştirakçı arasında 57-ci pillə qərarlaşmaqla mübarizəni dayandırıb. Ancaq qızların turnirində Selcan Maqsudova hesabına 95,790 xal yazaraq, ilk “3-lüy”ü qapayıb. Bununla da həmyerlimiz finala vəsiqə qazanıb. Kişilərin tamblinq yarışında qüvvəsini sınayan Mixail Malkinin təsnifatda çıxışı hakimlər tərəfindən 75,700 xalla qiymətləndirilib. Nəticədə 22 iştirakçı arasında 4-cü yeri tutan yığma üzvü finala yüksəlib. Xatırladaq ki, qitə birinciliyinə sabah yekun vurulacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.