Sizin reklam burada

Yığma üzvü Rusiya klubuyla müqaviləni uzatdı

Title
Yığma üzvü Rusiya klubuyla müqaviləni uzatdı
Çempionlar Liqasında növbəti dəfə titul qazanmaq şansını əldən verən Natalya Məmmədova mövsümü major notda bitirmək istəyir. Bunun üçün heyətində yer aldığı Kazan “Dinamo”su Rusiya çempionatının finalında Moskva “Dinamo”suna qalib gəlməlidi. Artıq final seriyasının təqvimi müəyyənləşib. Tərəflər arasında ilk oyun aprelin 16-da keçiriləcək. “Adaşlar” ertəsi gün ikinci dəfə üz-üzə gələcək. Son görüşün isə ayın 21-də baş tutması planlaşdırılır.
Bu arada mövsümü yüksək səviyyədə keçirən yığma üzvü karyerasını Tatarıstan təmsilçisində davam etdirmək qərarına gəlib. 34 yaşlı hücumçu kazanlılarla müqaviləni 2018/19 mövsümünün sonuna kimi uzadıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.