İran çempionatında 28-ci tura yekun vurulub. “Göstəriş Fulad”ın Təbrizdə Tehran “İstiqlal”ıyla 1:1-lik heç-heçəyə imza atdığını xəbər vermişdik. Ancaq “Traktorsazi” bu tur da məyus olub. Ərtoğrul Sağlamın komandası Rəştdə “Sepidrud”la bacarmayıb – 0:1. Məhəmməd Qulaminin 25-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub. “Poladçılar” 35 xalla 9-cu pillədə qərarlaşıbsa, həmşəhərlilərindən 5 xal geri qalan “qurdlar” ilk “10-luğ”u qapayır. Növbəti turda “Traktorsazi” “Səhənd” stadionunda “Sənət Neft”i qəbul edəcəksə, “Göstəriş Fulad” səfərdə “Saypa” ilə münasibətləri aydınlaşdıracaq. Turun bütün qarşılaşmalarının aprelin 22-də keçiriləcəyini də nəzərinizə çatdıraq.