Dünən Türkiyə superliqası ilə yanaşı 1-ci liqada da yeni mövsümə start verildi.
Açılış oyununda ''Sakaryaspor'' ''Keçiörəngücü''nü qəbul etdi. Əvvəlcə oyunun həm ''TRT Spor'', həm də ''Bein Sports 2'' kanalları ilə yayınlanacağı gözlənilirdi. Amma ''TRT Spor'' oyunu vermədi. ''Bein Sports 2''də baş tutan yayın isə böyük söz-söhbətlərə səbəb oldu. Belə ki, texniki problemlər üzündən oyunun ilk yarısı futbolsevərlərə telefon çəkilişi vasitəsilə təqdim olundu. Matçı izləmək üçün ekran başına keçən futbolsevərlər çəkilişdən kəskin dərəcədə narazı qalaraq sosial şəbəkələrdə bu məsələni gündəmə gətirdilər.
''Sakaryaspor'' bəyanat yayaraq məsələnin təqibçisi olacağını bildirdi. Görüş 1:1-lik bərabərliklə başa çatıb.
ƏLİ