Rəvan Həmzəzadə tura “damğa vurdu”
Premyer-liqanın 4-cü dövrəsinin startında hakimlərin işi qüsursuz olmadı. Xüsusən Rəvan Həmzəzadənin “Zirə” – “Qəbələ” matçında yol verdiyi səhvlər 22-ci tura “damğa vurdu”. Ümumilikdə ədalət təmsilçiləri 16 sarı vərəqə göstərdilər. “Qırmızı”ya ehtiyacın duyulmadığı turda 2 penalti təyin olundu.
RAMİL DİNİYEV, Qarabağ – Səbail
Diniyevin idarəçiliyini normal qiymətləndirmək olar. Hər halda, referi nəticəyə təsir edən qərarla yadda qalmayıbsa, hansısa səhvdən danışmaq yersiz olar. "Qarabağ"ın xeyrinə təyin olunan penalti epizodunda top həqiqətən də cərimə meydançasında Kamal Qurbanovun qoluna dəydi. Ədalət təmsilçisi bir neçə saniyə pauzayla da olsa, fitini səsləndirdi və penalti nöqtəsini göstərdi. “Səbail”lilər topun cərimə meydançasının kənarında ələ dəydiyini idda etsələr də, Diniyevin bu tərəddüdünü yan xətt hakimi Mübariz Haşımov aradan qaldırdı. Hərçənd Haşımov da bir epizodda qınağa tuş gəldi. FİFA laysmanı texniki zonanın həndəvərində işini təzyiq altında görməyə məcbur idi. Bir epizodda Maksim Medvedevə qarşı kobudluğa gec reaksiya verən laysman Qurban Qurbanovun etirazından sonra bayrağını qaldırdı. Əslində Mübariz baş hakimin fitini gözləmişdi.
ƏLİYAR AĞAYEV, Neftçi - Sumqayıt
FİFA referisi ilk hissədə bir epizodda “üstünlük” prinsipinə riayət etmədi. İkinci yarıda isə daha kobud səhvə yol verdi. 87-ci dəqiqədə Cavid İmamverdiyevin qapı qarşısına havalandırmaq istədiyi topu Kiril Petrov əllə dəf etsə də, hakim oyunu davam etdirdi. Halbuki təhlükəli nöqtədən cərimə zərbəsi təyin edilməliydi. Verilən vərəqələr qaydasında idi. Laysmanlar bu dəfə, demək olar, nöqsansız işlədi.
İNQİLAB MƏMMƏDOV, Kəpəz – Keşlə
Əslində Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Gəncədəki qarşılaşmanı Elvin Əsgərova həvalə etmişdi. Ancaq sonradan dəyişiklik edildi. Səhhəti ilə bağlı Gəncəyə gedə bilməyən Əsgərovu Məmmədov əvəzlədi. Ən çox sarı vərəqənin qeydə alındığı qarşılaşmada hakimin kobud səhvinin şahidi olmadıq. Düzdü, xırda nöqsanlar var idi. Ancaq nəticəyə təsir edən yanlış qərar görmədik. Baxmayaraq ki, yerli fanatlar ikinci hissəsəd tez-tez hakimi “hədəfə alırdılar”.
RƏVAN HƏMZƏZADƏ, Zirə - Qəbələ
Həmzəzadə tura “möhürünü vurdu”. Ədalət təmsilçisi 90 dəqiqə ərzində biabırçı səhvlərlə yadda qaldı. Hiss olunurdu ki, oyunun tempinə hazır deyil. İlk hissədə “Zirə”nin haqlı penaltisini vermədi. Halbuki Dmitri Bezotosnı az qala tullanaraq Riçard Qadzenin başına zərbə endirsə də, hakim 11 metrlik cərimə zərbəsi təyin etmədi. Ən pisi budu ki, epizod ədalət təmsilçisinin gözü qarşısında baş vermişdi. 90-cı dəqiqədə isə “Qəbələ”nin penaltisi verilmədi. Adil Nağıyev cərimə meydançasına daxil olan Famussa Konenin çiynindən çəkib yıxsa da, Həmzəzadə “nöqtə”ni göstərmədi. Bundan başqa da bir neçə səhv oldu. 81-ci dəqiqədə Vüsal İsgəndərli Təmkin Xəlilzadənin ayağına zərbə endirsə də, hakim davam işarəsi verdi. Ədalət təmsilçisi bəzən kobudluğu sərt oyun kimi dəyərləndirib oyunu saxlamırdı. Hansı ki, həmin anlarda qayda pozuntusu yaşanırdı. Bu da istər-istəməz emosiyaları qızışdırırdı. 84-cü dəqiqədə Təmkin Milan Duriçin ayağını “biçsə” də, birinciyə sarı vərəqə verilmədi.
FARIZ