Sizin reklam burada

Turun oyunçusu

Title
Turun oyunçusu
Cavid İmamverdiyev (Sumqayıt)
4-cü dövrənin ilk turunun maraqla gözlənilən qarşılaşmalarından biri “Bakcell Arena”da gerçəkləşdi. Qış fasiləsindən sonra uğurlu trayektoriya cızan iki komandanın - “Neftçi” ilə “Sumqayıt”ın dueli yetərincə dinamik alındı. Əvvəlcə “kimyaçılar” hesabda önə keçsə də, “ağ-qaralar” dönüş yaratmağa müvəffəq oldu. Bununla belə, Cavid İmamverdiyevin baxımlı qolu “gənclik şəhəri” təmsilçisinə bir xal qazandırmaqla yanaşı, “Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırdı. Ümumiyyətlə, “kimyaçılar”ın uğurunda az rol oynamayan, məhz bu cür çıxışı ilə yenidən yığmaya dəvət alan İmamverdiyevin xeyli “artırdığı” göz önündədi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.