Sizin reklam burada

Həbib Ağayev istefa haqda düşünmür

Baxış Sayı:872

Həbib Ağayev istefa haqda düşünmür
“Bu cür çətin durumla üzləşmək məşqçi kimi inkişafıma müsbət təsir göstərəcək”
Qış fasiləsinə lider kimi yollanan “Qaradağ Lökbatan” dövrələrarası fasilədən sonra inamsız təsir bağışalyır. Həbib Ağayevin çalışdırdığı kollektiv fasilədən sonra meydana çıxdığı 9 oyunun 2-də qalib gəlsə də, 3 qarşılaşma heç-heçə bitib. 4 görüşdə isə lökbatanlılar meydanı məyus tərk ediblər. 22-ci turda İmişliyə səfər edən “qırmızı-qaralar” növbəti dəfə heç-heçə ilə yadda qaldılar. Elita təcrübəsinə malik xeyli futbolçunun heyətində yer aldığı Lökbatan təmsilçisinin xal itirməsi kuluarlarda müəyyən söz-söhbətin yayımasına rəvac verib. Söylənilənlərə inansaq, tezliklə “Qaradağ Lökbatan”da baş məşqçi dəyişikliyi reallaşacaq. Hazırda bu posu tutan Həbib Ağayev kreslosunu Kamal Quliyevə təhvil vercəcək.
Ancaq “qırmızı-qaralar”ın çalışdırıcısı bizimlə söhbətdə rəhbərlik tərəfindən dəstəkləndiyini bildirdi: “Qara zolağa düşməyimizə” baxmayaraq, rəhbərlik mənə güvənir və inanır ki, mövsümü çempion kimi başa vura biləcəyik. Xal itirdiyimiz bütün matçlarda inamlı təsir bağışlamışıq, ancaq təəssüf ki, kəmiyyəti keyfiyyətə çevirə bilməmişik. Sanki idman xoşbəxtliyi bizdən üz döndərib. Kollektivdə heç bir problem yoxdu, məşqlərimiz həmişəki qaydada davam edir. Futbolçular da üzləşdiyimiz duruma görə gərginlik içindədilər. Baş məşqçi kimi mənim hazırda əsas məqsədim yetirmələrimə özünəinamı geri qaytarmaqdı. Hər dəfə hesabda önə çıxandan sonra sanki komandada “bu dəqiqə qol buraxacağıq” kimi fikir yaranır. Və bunun da nəticəsi kimi rəqiblərə “hədiyyə” veriririk. Psixoloji cəhətdən çətin durumdayıq, bunu etiraf edirəm. İndiki məqamda bunun üzərrində işləmək lazımdı. İnanıram ki, qarşıdakı oyunda qələbə qazanacağıq. Bizim vəziyyətimiz premyer-liqada çıxış edən “Zirə“ ilə oxşardı. Qışa qədər onlar da inamlı oyun sərgiləyir, gözəl oyunla xallar qazanırdılar. İndi durum dəyişib və mətbuat da hər gün Ayxan Abbasov və onun komandasından yazır, baş məşqçinin istefaya getməli olduğunu vurğulayır”.
Bizimlə söhbətdə özünü Joze Mourinyoya oxşadan çalışdırıcı hazırkı məqamda məşqçi dəyişikliyinin “Qaradağ Lökbatan”a fayda verməyəciyini də bildirdi: “Böyük mütəxəssislərin baş məşqçisi olduğu klublarda da bəzən belə hallar yaşanır. Mourinyo kimi mütəxəssisin də komandası “uğursuzluq zolağına düşür”. Bu günə kimi çalışdığım klublarda baş məqçinin köməkçisi olmuşam. “Qaradağ Lökbatan” baş məşqçi kimi çalışdığım ilk klubdu. Gecə-gündüz fikirləşirəm ki, komandanı uğura daşımaq üçün nə etmək lazımdı. Bəlkə də bu cür çətin durumla üzləşmək məşqçi kimi inkişafıma müsbət təsir göstərəcək. Komanda qələbələri sıralayanda, uğurlu nəticələr əldə edəndə üzərinə az yük düşür, media və istimaiyyət tərəfindən təzyiq olmur, ona görə də soyuq başla düşünüb işləmək asandı. Məşqçinin əsas bacarığı belə məqamda üzə çıxmalıdı. Növəti turda xal itkisi olacağı halda istefa verəcəyimə gəlincə, belə fikrim yoxdu. Onsuz da qarşıda cəmi 5 tur qalıb. Belə məqamda inanmıram ki, hansısa yeni məşqçi gəlib nəsə edə bilsin. Həmin mütəxəssis də komandanı çempion edə bilməyəcəyi halda “bu mən yığdığım komanda deyildi” söyləyib məsuliyyəti mənim boynuma atacaq. Ən yaxşısı işimi sona çatdırmaqdı. Onsuz da uğursuzluq olacağı halda məsuliyyəti mən daşıyacam. Ancaq yenə deyirəm, inanıram ki, “Qaradağ Lökbatan” 2017/18 mövsümünü çempion kimi başa vuracaq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR