“Sumqayıt”da gözlənilən təyinat reallaşdı. Ötən saylarımızın birində PFL-in Texniki Departamentinin rəhbəri Zamiq Hüseynovun “Sumqayıt”ın baş meneceri vəzifəsinə təyin olunacağını xəbər vermişdik. Həmin vaxt klubun mətbuat katibi Rəşad Məmmədov Zamiq bəyin namizədlərdən biri olduğunu bildirmiş, məsələyə həftəsonu aydınlıq gələcəyini vurğulamışdı. Artıq məsələ həllini tapıb və Hüseynov yeni vəzifəyə təyin olunub. Xatırladaq ki, ona qədər bu vəzifəni hazırda “Neftçi”nin idman direktoru postunu tutan Ceyhun Sultanov icra edirdi.
Sonda onu da qeyd edək ki, Hüseynovun gedişindən sonra PFL-də rəhbərlik etdiyi departament müavini Nihad Məmmədova tapşırılıb. 2013-cü ildən Ramin Musayevin rəhbəri olduğu qurumda çalışan Nihad bəy iki il idi Hüseynovun müavini kimi fəaliyyət göstərirdi. Hüseynov isə 2008-18-ci illərdə qeyd etdiyimiz qurumda çalışıb.
RƏŞAD