İran çempionatında 27-ci tura yekun vurulub. “Göstəriş Fulad”ın Xuzestanda “İstiqlal”a 2:1 hesabıyla qalib gəldiyini xəbər vermişdik. “Traktorsazi” isə Təbrizin “Səhənd” stadionunda “Sepahan”ın müqavimətini qıra bilməyib – 1:1. İlk hissənin son dəqiqəsində Danial İsmayilifər soydaşlarımızı sevindirsə də, 71-ci dəqiqədə Mehdi Şərifi qonaqları məğlubiyyətdən xilas edib. “Poladçılar” 34 xalla 9-cu pillədə qərarlaşıbsa, həmşəhərlilərindən 4 xal geri qalan “qurdlar” ilk “10-luğ”u qapayır. “Traktorsazi” növbəti turda Rəştdə “Sepidrud”u sınağa çəkəcək. “Göstəriş Fulad”ı isə Təbrizdə Tehran “İstiqlal”ıyla prinsipial qarşılaşma gözləyir.