• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Murad “qırmızı” aldı, “Sumqayıt” yenə evdə qələbəsiz qaldı - REPORTAJ

Reportaj / Avrokuboklar

27-07-2024, 16:0

Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
Sumqayıt – Fehervar (Macarıstan) 1:2 (1:1)

1. Mehdi Cənnətov
7. Rövlan Muradov
14. Elvin Bədəlov (k)
17. Murad Xaçayev
3. Slavişa Radoviç
(6. Vüqar Mustafayev, 63)
19. Roy Kehat
8. Səbuhi Abdullazadə
11. Fernando Medeyros
(60. Tresor Mossi, 85)
23. Cordan Rezabala
9. Nikola Vuynoviç
(21. Nihad Əhmədzadə, 46)
10. Rəhim Sadıxov
(30. Kamran Quliyev, 85)

Ehtiyat oyunçular
32. Murad Ağamaliyev
36. Xəyal Fərzullayev
24. Sənan Muradlı
41. Uğur Cahangirov
Baş məşqçi: Samir Abasov

22. Balaj Tot
7. Sabolç Şen
4. Çaba Şpandler
31. Nikola Serafimov
8. Boqdan Melnik
99. Milan Petö
(74. Bense Baboş, 66)
27. Bentse Bedi
(3. Kasper Larsen, 66)
14. Aron Çonqvay (k)
20. Tobias Kristensen
77. Matyaş Katona
(15. Matyas Kovaç, 57)
9. Neys Qradişar
(19. Patrik Kovaç, 85)

Ehtiyat oyunçular
57. Martin Dala
75. Daniel Veszelinov
11. Nikolas Stefanelli
16. Mario Simut
18. Bense Kovaç
21. Andras Husti
31. Corc Ominger
Baş məşqçi: Tamaş Petö

Qollar: S.Abdullazadə, 20 (1:0). T.Kristensen, 39 (1:1). Ş.Şpandler, 52 (1:2).
Vərəqələr: M.Xaçayev, 8. N.Serafimov, 15. N.Vuynoviç, 22. M.Cənnətov, 32. M.Petö, 65. R.Muradov, 67. K.Larsen, 68. S.Abdullazadə, 73 – sarı. M.Xaçayev, 32 – qırmızı (ikinci sarı).
Hakimlər: FLORİAN LATA, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi (hamısı Albaniya).
Hakim-inspektor: İqor Satçi (Moldova).
UEFA nümayəndəsi: Hayri Çavuşoğlu (Türkiyə).
25 iyul. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 9200 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.


7 (3) qapıya (“çərçivə”yə) zərbə 21 (7)
2 künc zərbəsi 4
1 ofsayd 2
8 qayda pozuntusu 9
6 (1) sarı (qırmızı) vərəqə 3 (0)
42 topa sahibolma (faizlə) 58


“Sumqayıt” “doğma divarlar” arasında çətin rəqiblə üz-üzə gəldi. Komanda evdə sərfəli nəticə əldə etməsə, “Fehervar”ının meydanında şanssız olacaqdı. Dəqiqələr “kimyaçılar”ın planına uyğun irəliləyirdi. Rəqib isə hələ kəşfiyyat xarakterli oyun sərgiləyirdi. Bu ərəfədə Rəhim hesabı açmağa yaxın olsa da, qeyri-dəqiqlik imkan vermədi. Bununla yanaşı, qonaqların müdafiə xəttinin düşünüldüyü qədər möhkəm olmaması da ortaya çıxdı. Çatışmazlıqdan 20-ci dəqiqədə Səbuhi ustalıqla istifadə etdi. “Sumqayıt”ın yetirməsi Medeyrosun küncdən zərbəylə oyuna daxil etdiyi topu saxlamadan “çərçivə”yə göndərdi. Belədə Səbuhi “kimyaçılar”ın avrokuboklardakı ilk qolunun müəllifi oldu!

Bir qədər sonra isə “Fehervar”ın hücumuna şahidlik etdik. Hesabı bərabərləşdirmək istəyən qonaqlar Bediylə buna nail ola bilərdi ki, Mehdi akrobatik seyvlə zərbəni dəf etdi. Melnikin qapını doğru nişan ala bilməməsinin ardından oyunun taleyini həll edən hadisə yaşandı. Belə ki, Murad Qradişarla hava mübarizəsindən qalib ayrılmaq üçün tullandı. Lakin dirsəyi ilə rəqibə xəsarət yetirən futbolçu ikinci sarı vərəqəylə üzləşib meydandan qovuldu. Bununla “Fehervar”ın qol-qanad açdığını desək, yanılmarıq. Əvvəl Katona və Çonqvay qol müəllifi olmaq istədi. Qeyri-dəqiqliyin mane olduğu futbolçuların günahını isə Kristensen “yudu”. O, 39-cu dəqiqədə Bedinin cərimə meydançası daxilinə ötürməsini başla zərbəylə “çərçivə”yə göndərdi. Bir qədər sonra Petö bəxtini sınadı ki, bu dəfə Mehdi “çərçivə”yə tuşlanan topu kənarlaşdıra bildi. Növbəti təhlükədə də Cənnətov yerində idi. Birinci hissəyə əlavə olunan vaxtda Rezabala fürsəti boşa verdi. Daha doğrusu, Tot komandasını qoldan xilas etdi. Beləliklə, komandalar fasiləyə “sülh”lə yollandı.

İkinci hissə tam qonaqların üstünlüyü şəraitində keçdi. “Fehervar” aqressiv oyun tərziylə diqqəti çəkdi. Belədə oyuna nəzarəti ələ alan macarlar növbəti dəfə fərqləndi. Bedinin zərbəsini dəf edən Mehdi yenicə toparlanırdı ki, Şpandler topu başla tora qovuşdurdu. O, 52-ci dəqiqədə Rezabalanın kobud müdaxiləsi üzündən qazanılan və Bensenin yerinə yetirdiyi cərimə zərbəsindən maksimum yararlandı. Hadisələrin axarı “Sumqayıt”ın yorğunluğu fonunda “Fehervar”ın təzyiqi artırmasıyla müşayiət olundu. Meydan sahiblərinin yetərli oyunçu ehtiyatına malik olmaması işi daha da çətinləşdirdi. Buna baxmayaraq, Çonqvay və Petönün qeyri-dəqiq cəhdlərindən sonra “kimyaçılar” üçün şans yarandı. Lakin bu dəfə də Radoviç Totu yenməkdə çətinlik çəkdi. 78-ci dəqiqədə Larsenin zərbəsi dirəyə tuş gəlməsəydi, durum daha faciəvi ola bilərdi.

Hakimin final fiti “Sumqayıt”ın məğlubiyyətini rəsmiləşdirdi. İndi “kimyaçılar”ı çətin Macarıstan səfəri gözləyir. Qeyd edək ki, cavab oyunu iyulun 31-də keçiriləcək.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

25-07-2024, 19:0

“Sumqayıt” - “Fehervar”: START HEYƏTLƏRİ

Premyer-liqa

15-09-2023, 16:0

"Zirə" - "Sumqayıt" - START HEYƏTLƏR

Premyer-liqa

21-10-2023, 17:0

"Sabah" - "Sumqayıt": START HEYƏTLƏRİ

Premyer-liqa

25-10-2023, 17:0

"Sumqayıt" - "Sabah: START HEYƏTLƏRİ

Premyer-liqa

25-05-2024, 18:0

“Sumqayıt” - “Qəbələ”: START HEYƏTLƏR

Premyer-liqa / Manşet

18-05-2024, 16:0

“Sabah” - “Sumqayıt”: START HEYƏTLƏR

Aktual
“Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
“Mahir uşaq deyil, kifayət qədər yaşı, futbol və həyat təcrübəsi var” – “Kayzerslautern”dən getsinmi?
“Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
İnqilab Məmmədov 2-ci liqada da qalmaqalla üzləşdi! – 4 qırmızı, 12 sarı vərəqə, dava-dalaş
“Neftçi” növbəti 1:5-dən qaçmaq üçün nə etməlidi? – yollar da var, adlar da!
Son xəbərlər
  • Bu gün, 12:53
    “Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
  • Bu gün, 12:24
    Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
  • Bu gün, 11:55
    Millimiz Pakistana qalib gəldi
  • Bu gün, 11:26
    “Mahir uşaq deyil, kifayət qədər yaşı, futbol və həyat təcrübəsi var” – “Kayzerslautern”dən getsinmi?
  • Bu gün, 10:57
    Miılimiz Belarusa uduzdu
  • Bu gün, 10:28
    “Neftçi” ilə “Qarabağ”ın itkiləri açıqlandı - kimlər oynamayacaq?
  • Bu gün, 09:59
    Nəriman ABŞ kubokunda 90 dəqiqə oynadı
  • Bu gün, 01:07
    “Atletiko” - “Arsenal” oyununda qalib müəyyənləşmədi
  • Dünən, 23:42
    “Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
  • Dünən, 23:19
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:49
    "Şəfa" xal itirdi, "Mingəçevir" yenidən ikinci sırada
  • Dünən, 22:16
    MS-ni o da tərk edəcək
  • Dünən, 21:55
    Əməliyyatı uğurla keçdi
  • Dünən, 21:25
    Klubundan yeni təklif aldı
  • Dünən, 20:54
    Onun qiyməti şahə qalxdı
  • Dünən, 20:22
    PSJ-də Dembelenin rekordunu yenilədi
  • Dünən, 19:59
    “Komandamın cəsur futbol oynamasını istəyirəm” - “Böyük beşliy”in ilk qadın məşqçisi gələcəyə ümidlə baxır
  • Dünən, 19:36
    “Bavariya” treblə doğru daha bir addım atdı
  • Dünən, 19:05
    Roderik Miller "Qarabağ"a qarşı oynaya biləcəkmi? - rəsmi açıqlama
  • Dünən, 18:34
    Türkiyəli futbolçu İtaliya klubunda gözdən düşüb
  • Dünən, 18:03
    "Neftçi" - "Qarabağ" oyununu kim idarə edəcək?
  • Dünən, 17:46
    Sərgən Yalçın bu futbolçunu ''qara siyahı''ya saldı
  • Dünən, 17:15
    Tedesko İtaliya klubunun başına keçə bilər
  • Dünən, 16:44
    Azərbaycan derbisinə görə 20 min, cəmi 41900 manat – klublara cəza yağdı!
  • Dünən, 16:14
    Cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
  • Dünən, 16:00
    Daha bir gənc “Real”dan ayrılmaq istəyir
  • Dünən, 15:29
    "Ola bilsin, İliçin klubda belə azadlığı yoxdu..." - serb mütəxəssisin təhdidinə cavab
  • Dünən, 14:58
    AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyunda
  • Dünən, 14:27
    Tovuzda avrokubok həyəcanı: 32 illik həsrətə son qoyulur? - VİDEO
  • Dünən, 13:56
    "Sabah" Simiçlə Puxaç üçün 1 milyon avrodan artıq məbləğ ödəyəcək - klub rəsmisindən açıqlama
  • Dünən, 13:25
    ÇL-də hələ belə yarımfinal olmamışdı! - PSJ Münhenə 1 topluq üstünlüklə yollanacaq
  • Dünən, 12:54
    Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
  • Dünən, 12:33
    AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçildi
  • Dünən, 12:27
    Qara Qarayevin kitabının təqdimat mərasimi keçirildi
  • Dünən, 12:07
    AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Daha çox
Oxunub: 294
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 197
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 177
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 155
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 143
“Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
Oxunub: 130
“Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə