FİFA referilərimizdən birinə beynəlxalq oyuna təyinat gəlib. Söhbət çimərlik futbolu üzrə referilərdən olan İnqilab Məmmədovdan gedir. O, gələn həftəsonu İranda start götürəcək "Euro Asia clubs cup"a, başqa sözlə, "Avrasiya kuboku"na dəvət alıb. Beynəlxalq yarış aprelin 14-dən 18-nə kimi davam edəcək. İnqilab Məmmədov Yəzd şəhərində təşkil olunacaq turnirdə İtaliya "Kataniya"sı, Rusiya "Lokomotiv"i, İspaniya "Levante"si və İran "Muqavimat"ının oyunlarını idarə edəcək. Reqlamentə görə, qrupda 1-2-ci yeri yeri tutan komandalar arasında final oyunu olacaq. Məmmədov "Avrasiya kuboku"na tək getmir. Beynəlxalq qurum bu ildən FİFA referisi statusu daşıyan Əli Cəbrayılovun da İrandakı turnirdə təcrübə qazanmasına şərait yaratmağı məqsədəuyğun bilib.
MİRAĞA