• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Su amansız ölümlə suyuşirin Rəhmanı apardı, Ağdaş futbolu başsız qaldı...”

Ölkə futbolu / Manşet

25-07-2024, 00:0

"Ağdaş”ın prezidenti Rəhman Əliyev iyulun 22-nə keçən gecə, saat 2 radələrində rayon ərazisindən keçən su kanalında boğulub.

34 yaşlı Əliyev bibisioğlu Fərid Ağazadəni sudan çıxaran zaman özü də dünyasını dəyişib. Belə ki, Fərid çaya girib və bir müddət sonra ailəni gətirən taksi sürücüsü onun sudan çıxmadığını görüb. O, dərhal Fəridin dayısı oğlu Rəhman Əliyevə zəng edib. Hadisə yerinə gələn Rəhman qohumunu çaydan çıxarmaq üçün çaya girib və o da boğulub.
1990-cı il təvəllüdlü Rəhman Əliyev Ağdaş futboluna can yandıran, rayon futbolu üçün əlindən gələni əsirgəməyən, zəhmətkeş klub rəhbəri kimi xatırlanır. 2016-cı ildən Ağdaşda futbol ənənələrini davam etdirmək fikrinə düşən Əliyev bunun üçün ilkin işləri təkbaşına görür. 2019-cu ildə klub artıq Region Liqasında iştirak etməyə başlayır. Ötən il yaradılan 2-ci liqada da “Ağdaş” var idi, sonda 24 xalla 10-cu yeri tutdu.

Sabiq FİFA referisi Tahir Süleymanovun mərhumla bağlı xatirəsi:

“Rəhman ilk dəfə 2016-cı ildə təşəbbüs göstərmiş, əlaqə saxlamışdı. Ağdaşda klub/komanda quruculuğu, AFFA və PFL ilə bağlı əlaqələrdə məsləhətə ehtiyacı olduğunu bildirmişdi. Xeyli yazışmışdıq... Federasiya rəhbərliyi ilə görüşə hazırlaşırdı. Maliyyə imkanları önəmli olsa da, hər şey puldan asılı deyil. Futbol sevgi, fədakar insanlar üzərində qurulur, bu hisslər olmadan istənilən effekti verməz, faydalı iş qurula bilməz. "Ağdaş" Rəhmanla birgə ildən-ilə böyüyürdü, təcrübə toplayırdı... Rəhman Əliyev qısa ömründə təmənnasız fəaliyyəti ilə futbol ictimaiyyətinin sevgisini qazandı. Rəhman və futbol münasibətləri - qarşılıqlı sevgi üzərində qurulmuşdu. Klubun rəhbəri də, fəhləsi də özü idi. İsti yay axşamında, suyu qurumuş ölkə futbolunda, su amansız ölümlə suyuşirin Rəhmanı apardı, Ağdaş futbolu başsız qaldı... Rəhman Əlıyevin qurduğu, yaratdığı iş davam etdirilməli və müvafiq qurumlar, rayon rəhbərliyi bu yolda köməyini əsirgəməməlidi. Bu, futbol sevgisi tükənməz olan Rəhman ruhu qarşısında ən böyük təsəlli olar... Allah rəhmət eləsin”.

Klub prezidenti Elvin Ələsgərov də Rəhmanla bağlı danışdı:
“Rəhman Əliyevin faciəvi ölümü hamımızı kədərə boğdu. Rəhman yaxşı dost, səmimi və zəhmətkeş oğlan idi. Öncə inanmadım, sonradan öyrəndim ki, bibisi oğlunu xilas edərkən onunla birgə boğulub. Rəhman hər kəslə mehriban idi. Uşaqdan böyüyə hamı onu çox istəyirdi. Ötən ay danışmışdıq ki, gəlib yoldaşlıq oyunu keçirəcəyik. Tez-tez deyirdi gəl, qismət olmadı... Ağdaş da həm uşaqlardan ibarət komandanın, həm də 2-ci liqa komandasının təsisçisi və məşqçisi idi. Ağdaş futbolunu təkcə çiynində daşıyırdı. Ruhu şad olsun. Həmişə xatirəmizdə qalacaq”.

“Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovun dedikləri:
“Sonuncu dəfə bir həftə əvvəl görüşmüşdük. İstirahətdə olduğumuzdan əvvəlki kimi sıx-sıx görüşə bilmirdik. Qəbələdə şəhidlərin xatirəsinə həsr edilən turnir təşkil etmişdim, ora Ağdaşdan uşaqlar gətirmişdi. Oyunçu kimi turnirdə qalib gəldi, hətta boynundan medal asdım. Srağagün isə telefonla danışmışdıq. Dünən səhər saat 11-də “Sabah”ın əvəzedici komandasıyla yoldaşlıq oyunu vardı. Bizim üçün də seçim xarakterli idi. Telefonla axşamtərəfi danışdıq, dedi evə gedib görüntülü zəng vurarsan. İşim oldu, evə saat gecə saat 3-ə 20 dəqiqə işləmiş gedirdim ki, mənə voasapla görüntülü zəng vurub. İnternetim olmadığına görə 2.23-də telefon zəngi etdi. Danışdım, dedim ki, “Rəhman, evə çatıram, görüntülü zəng vuracam”. Evə çatıb yemək yedim, saat 4-ə qalırdı. Düşündüm daha yatmış olar, onsuz da səhər Qəbələdə görüşəcəyik. Həm də tez durmalıydıq... Dəfnində futbol adamlarının əksəriyyəti vardı. “Qəbələ”nin prezidenti Fariz Yusifov, hakim Rəvan Həmzəzadə, hakim-inspektor Rövşən Əhmədovu gördüm. Rəhman kimi oğullar dünyaya tək-tük gəlir. Klubla bağlı çox planları vardı, amma reallaşdıra bilmədi. Qəhrəman kimi gəldi, yaşadı, qohumunu xilas edərkən də qəhrəmancasına həlak oldu. Allah ailəsinə səbr versin”.


RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

22-07-2024, 11:0

"Ağdaş"ın rəhbəri faciəvi şəkildə öldü

Ölkə futbolu

26-04-2024, 14:0

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

2-ci liqa / Manşet

22-11-2023, 16:0

“Ağdaş” “Dinamo”nu uddu - YENİLƏNİB

2-ci liqa

9-10-2023, 12:0

2-ci liqada 6-cı tur: Hakim təyinatları açıqlandı

Ölkə futbolu

21-02-2024, 15:0

2-ci liqada ilin ilk turunun oyun cədvəli

Aktual
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
Son xəbərlər
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 78
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə