• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərə yığması daha baxımlı oynaya bilər, bəs nəticə?

Dünya futbolu / AÇ

23-07-2024, 20:0

Qaret Sautqeyt çərşənbə axşamı 2016-cı ilin sentyabrından bəri çalışdırdığı İngiltərə yığmasından ayrıldı.

Bəs onun baş məşqçi vəzifəsini necə tutduğunu xatırlayırsızmı? Sırf təsadüf nəticəsində: 2016-nın payızında yenicə baş məşqçi vəzifəsinə təyin olunan Sem Ellerdaysın adı nəhəng korrupsiya qalmaqalında hallandığına görə komandanı tərk etməli oldu. İngiltərə Futbol Assosiasiyası həmin vaxt gənclərdən ibarət yığmanı çalışdıran, heç kimin namizədliyini ciddi şəkildə nəzərdən keçirmədiyi Qaret Sautqeytə əsas millinin baş məşqçisinin səlahiyyətlərini tapşırdı. Ancaq o, tədricən nəticə qazandı, komandaya uyğunlaşdı və postunda təsdiqləndi. Yığma bu mütəxəssisin rəhbərliyi altında keçirdiyi 102 oyunun 64-də qələbə qazandı, 20-də heç-heçə etdi və 18-də uduzdu.

Kim güman edə bilərdi ki, Sautqeytin yığmadakı dönəmi 8 il davam edəcək? İngiltərə yığmasında baş məşqçilər nadir hallarda bu qədər uzun müddət iş başında olur. Ancaq britaniyalı elə ilk böyük turnirdə ümidləri doğrultdu: İngilislər Rusiyada təkcə dünya çempionatları tarixində ilk dəfə penalti seriyasında qələbə qazanmadı (Kolumbiya ilə 1/8 final oyununda), həm də dörd ən güclü komanda arasına düşdü! Ardından evdə keçirilən Avropa çempionatının finalında məğlubiyyət, DÇ-2022-nin 1/4 finalında mübarizəni dayandırmaq və nəhayət, Almaniya turnirində gümüş medal. Yetərincə yaxşı nəticələrdi.
Lirikanı bir kənara qoyub, faktların quru dili ilə danışsaq, onda Sautqeyt İngiltərə yığmasının tarixindəki ən uğurlu məşqçilərdən biridi. Onun dörd böyük turnirdəki ən pis nəticəsi 1/4 finaldı. 21-ci əsrdə milli komanda ilə işləyən qalan baş məşqçilər üçün bu mərhələ tavandı. “Qızıl” yoxdu? Axı “üç şir”in tarixində böyük turnirlərdə yalnız bir qələbə var ki, o da uzaq 66-nın dünya çempionatında qazanılıb. Avropa çempionatında isə ingilislər Sautqeytə qədər bir dəfə finalda oynamamışdılar.

Tənqid və üzrxahlıq
İstənilən işdə əsas olan nəticədi. İngiltərə yığmasının artıq sabiq baş məşqçisi bunu gözəl dərk edir, bu üzdən qələbə qazanmaq üçün əlindən gələni əsirgəmirdi. Tənqid kimi, futbolun estetik yönü də Sautqeyti heç vaxt həyəcanlandırmayıb. Qaret mental baxımdam çox güclüdü. Onun dönəmində hər böyük turnirdə yığmanın oyunu tənqid olundu, ancaq Sautqeyt medianın və azarkeşlərin hücumlarını həmişə sakit qarşılaıb. O, nəticəyə görə cavabdehlik daşıdığını bilirdi.

Bu mənada ən yaxşı nümunə AÇ-2024-dü. Yəqin ki, Sautqeyt dönəminin ən təzadlı turniridi. Qrup mərhələsindən sonra və Slovakiya ilə 1/8 final oyununda sosial şəbəkələrdə İngiltərə yığmasını sönük oyuna görə “topa tutur” və məsxərəyə qoyurdular. Ancaq komanda finala vəsiqə qazanandan sonra artıq medianın və azarkeşlərin arzulanan nəticəyə nail olan mütəxəssisdən üzr istəməsinin vaxtı çatdı. Əlbəttə, Sautqeyti Slovakiya ilə oyunda Bellingemin uzatma dəqiqələrinin sonunda vurduğu gözəl qol xilas etdi. Ancaq fərqi nədi? Qaliblər mühakimə olunmur. Elə finalçılar da.
Sautqeytin nəticələri tam təzaddı. Bir tərəfdən, o, heç nə qazanmayıb. Digər tərəfdən, dəfələrlə son mərhələlərə qədər irəliləyib. Bir tərəfdən, İngiltərənin oyunu adamlara məmnunluq bəxş etmirdi, dirgər tərəfdən, qələbələr gətirirdi. Çoxlarına elə gəlir ki, Sautqeyt ulduzlarla zəngin komandanın potensialının maksimum 20-30 faizindən yararlanıb, ancaq bu yalnız hipotezadı. Heç bir təminat yoxdu ki, baxımlı oyun İngiltərəni Avropa və ya dünya çempionu edəcəkdi.
Əsad odu ki, heç nə korlanmasın
53 yaşlı Sautqeyt öz istəyi ilə istefa verdi və düz etdi: bu komanda uğur qazanmaqdan şad olsa da, ehtiatlı futbol çərçivələrindən açıq-aşkar yorulub, “açılmaq” istəyir. Şübhə yoxdu ki, Qaretin istənilən varisi İngiltərə yığmasına belə imkan qazandıracaq və növbəti dünya çempionatında tam fərqli komanda görəcəyik. Bəs “üç şir”ə kim rəhbərlik edəcək?
İndi əksər azarkeşlər Yürgen Kloppu yığmanın başına görmək istəyir, ancaq “Liverpul”dan ayrılan alman mütəxəssis ən azı bir il dincəlmək niyyətindədi, bu üzdən artıq ABŞ yığması ilə danışıqlardan imtina edib. Onun ingilislərlə anlaşmaq ehtimalı da yoxdu.
Britaniya mediasında yayılan xəbərlərə görə, yığmaya “Çelsi”nin sabiq çalışdırıcıları – Qrehem Potter, Maurisio Poçettino, Frenk Lempard və Tomas Tuxel, həmçinin Eddi Hau (indi “Nyukasl”ı çalışdırır) və Li Karsli (İngiltərə gənclər yığması) rəhbərlik edə bilər. Bu variantların heç biri ideal deyil. Ancaq öz aramızdı, Sautqeytə də işə yeni başlayanda heç kim inanmırdı.

İngiltərə yığması yeni eraya daxil olur. Sautqeyt Avropa çempionatına ən gənc (orta yaş 26) heyətlərdən birini aparmışdı. Bellingem, Saka, Foden, Palmer, Maynu, Rays, Aleksander-Arnold bunlar hamısı karyera yoluna hələ yenicə çıxıblar və komandanı beynəlxalq arenada şöhrətləndirməyə hazırdılar. Məntiqlə yeni baş məşqçinin qarşısında duran vəzifə heç nəyi korlamamaq və sadəcə, futbolçulara bacardıqları oyunu göstərmək üçün imkan yaratmaqdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-03-2024, 15:0

İngiltərə yığmasında ciddi itkilər

Dünya futbolu

21-03-2023, 18:0

İngiltərə yığmasında 3 itki

Dünya futbolu

13-02-2024, 12:0

Milli komandanı daha çox çalışdıracaq?

Dünya futbolu

12-12-2022, 22:0

Tuxel İngiltərə yığmasını çalışdıra bilər

Aktual
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
Son xəbərlər
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 78
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə