Dünən qadın voleybolçuların ölkə çempionatında sonuncu – 4-cü dövrəyə start verilib. 10-cu turun oyunlarında intriqa yaşanmayıb. Dərnəgül Voleybol Mərkəzində baş tutan görüşlər “quru” hesabla başa çatıb. Bu tur həm də bütün suallara aydınlıq gətirib. Belə ki, ötən tur “Azərreyl”in növbəti çempionluğu rəsmiləşmişdisə, “Lokomotiv”in sonuncu yerdən qurtulmayacağı dəqiqləşmişdi. Bu dəfə isə “Abşeron”un gümüş, AVF-nin isə bürünc medal qazanacağı məlum olub. Bu isə son 2 turu formallığa çevirib.
Lokomotiv – Abşeron 0:3 (15:25, 11:25, 15:25), AVF – Azərreyl 0:3 (10:25, 19:25, 24:26)
1. Azərreyl 10 10 0 30-3 30
2. Abşeron 10 6 4 22-12 19
3. AVF 10 4 6 13-20 11
4. Lokomotiv 10 0 10 0-30 0