
Naydiç autsayderlər sırasında
Almaniyanın Baden-Baden şəhərində şahmat üzrə “Qrenke” superturniri davam edir. Dünən 4-cü turun oyunları keçirilib. Arkadi Naydiç (2701) yenə uduzub. Latviyalı legioner bu dəfə qara fiqurlarla 42-ci gedişdə Fabiano Karuanaya (ABŞ, 2784) məğlub olub. Nikita Vityuqov (Rusiya, 2735) – Vişvanatan Anand (Hindistan, 2776), Maqnus Karlsen (Norveç, 2843) - Maksim Vaşye-Laqrav (2789), Levon Aronyan (Ermənistan, 2794) – Yifan Hou (Çin, 2654) və Mattias Blubaum (Almaniya, 2631) – Georq Mayer (Almaniya, 2648) görüşləri heç-heçə başa çatıb.
Xal durumu: Vaşye-Laqrav, Karuana, Vityuqov – 3, Karlsen, Aronyan – 2,5, Anand, Blubaum – 1,5,NAYDİÇ, Mayer, Hou – 1.
Bu gün 5-ci turun qarşılaşmaları baş tutacaq: Mayer – Karlsen, Anand – Karuana, NAYDİÇ – Blubaum, Hou – Vityuqov, Vaşye-Laqrav - Aronyan.