Dünən qadın voleybolçuların ölkə çempionatında 9-cu turun oyunları keçirilib. Dərnəgül Voleybol Mərkəzində baş tutan görüşlər həlledici olub. Belə ki, sona 3 tur qalmış “Azərreyl” ardıcıl 2-ci çempionluğu rəsmiləşdirib. “Lokomotiv” isə AVF-yə uduzmaqla mövsümü “zirzəmi”də başa vuracağını dəqiqləşdirib.
“Abşeron” - “Azərreyl” 1:3 (19:25, 25:21, 26:28, 18:25)
Lokomotiv - AVF 0:3 (17:25, 17:25, 29:31)
1. Azərreyl 9 9 0 27-3 27
2. Abşeron 9 5 4 19-12 16
3. AVF 9 4 5 13-17 11
4. Lokomotiv 9 0 9 0-27 0
Bu arada İtaliya A seriyasında yarımfinal oyunlarına start verilib. “Skandiççi” evdə “Konelyano”ya müqavimət göstərə bilməyib – 0:3 (23:25, 23:25, 20:25). Yelizaveta Səmədova bu dəfə də ehtiyatda qalıb. Tərəflər arasında cavab görüşü aprelin 7-də keçiriləcək.