Almaniyanın Baden-Baden şəhərində şahmat üzrə “Qrenke” superturniri davam edir. Dünən 3-cü turun oyunları keçirilib. Arkadi Naydiç (2701) ağ fiqurlarla turnir cədvəlinə başçılıq edən Nikita Vityuqovla (Rusiya, 2735) 43-cü gedişdə heç-heçə edib. Vişvanatan Anand (Hindistan, 2776) – Levon Aronyan (Ermənistan, 2794) və Mattias Blubaum (Almaniya, 2631) – Maqnus Karlsen (Norveç, 2843) görüşündə də qalib müəyyənləşməyib. Maksim Vaşye-Laqrav (2789) Yifan Hounu (Çin, 2654), Fabiano Karuana (ABŞ, 2784) isə Georq Mayeri (Almaniya, 2648) məğlub edib.
Xal durumu: Vaşye-Laqrav, Vityuqov – 2,5, Karlsen, Aronyan, Karuana – 2, Anand, NAYDİÇ, Blubaum – 1, Mayer, Hou – 0,5.
Bu gün yarışda yeganə istirahət günüdü.