U-17-nin ilkin heyəti açıqlanıb. Baş məşqçi Ramin Quliyev milliyə 24 oyunçu çağırıb. Bu futbolçulardan 20-si aprelin 9-dan 16-dək Bosniya və Hersoqovinada keçiriləcək UEFA İnkişaf turnirində yığmanın şərəfini qoruyacaq. Qeyd edək ki, U-17 turnir çərçivəsində aprelin 11-də Makedoniya, 13-də Xorvatiya, 15-də isə Bosniya və Hersoqovina ilə qarşılaşacaq. Həmin yarışa hazırlıq məqsədilə komanda aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Heyətlə tanış olun: Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Məhəmməd Əhmədov (Vətən), Mahir Həsənov, Fərid Yusifli, Valeh Qəhrəmanlı (hamısı “Neftçi”), Ramin Məhərrəmov, Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı “Keşlə”), Nemət Musayev (Kəpəz), Emil Bayramov (“BRW Sport”, Ukrayna), Abubəkir İbrahimov (“Mahaçqala”, Rusiya), Eldar Quliyev, Tuqay Əlizadə (hər ikisi “Şaxtyor”, Ukrayna), Musa Qurbanlı (Qarabağ), Cəlal Cəbrayılov, Cavidan Abbaszadə (hər ikisi “Sumqayıt”).