Dünən əvəzedici komandaların çempionatında 21 tur çərçivəsində iki oyun keçirilib. “Kəpəz” “Zirə”ni, son çempion “Qarabağ” isə ilk “üçlük”də qərarlaşan “Keşlə”ni sınağa çəkib. Günün ilk qarşılaşmasından qonaqlar qalib ayrılıb. “Zirə” 3 xalı 1 qolla qazanıb. “Qarabağ” isə “Keşlə”ni məğlub edib. Millinin forvardı Ranil Şeydayev dublla diqqəti çəkib.
Əvəzedicilərin çempionatı
3-cü dövrə, 21-ci tur
2 aprel
Kəpəz – Zirə 0:1
Ülvi İbrahimov, 53.
Qarabağ – Keşlə 4:2
Ramil Şeydayev, 31; 83. Elçin Rəhimli, 81. Ağabala Ramazanov, 87 – Təbriz Xudanov, 62. Alik Hüseynov, 90.
Tura bu gün yekun vurulacaq:
3 aprel
Neftçi – Səbail
Hakimlər: QORXMAZ ELDAROV, Ruslan Babayev, Zöhrab Abbasov, Elgün Hüseynov.
Hakim-inspektor: Akif Əliyev.
Binə. Qəsəbə stadionu. Saat 15.00
Qeyd edək ki, turun açılış oyunu aprelin 1-də keçirilib: Qəbələ - Sumqayıt 1:0 (Rüstəm Nuriyev, 85).
1. Qəbələ 20 14 3 3 62-19 45
2. Səbail 20 11 3 6 35-28 36
3. Keşlə 21 7 11 3 31-26 32
4. Qarabağ 21 9 4 8 30-32 31
5. Zirə 21 8 5 8 25-29 29
6. Neftçi 20 5 6 9 15-25 21
7. Sumqayıt 21 5 5 11 23-41 20
8. Kəpəz 20 1 7 12 11-32 10
Bombardir: Ülvi İsgəndərov (Sumqayıt) - 15.