Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” iyulun 9-da iki yoxlama oyunu keçirib.
Günün birinci matçındakı rəqib Almaniyanın 2-ci bundesliqa klubu “Kayzerslautern” olub. Ötən mövsümü 43 xalla 11-ci pillədə bitirən komanda Ağdam təmsilçisini məğlub edib – 3:1. Maraq üçün qeyd edək ki, sözügedən komanda 21 ildən sonra ilk dəfə ötən “futbol ili”ndə ölkə kubokunun finalına vəsiqə qazanıb və burda “Bayer-04”ə uduzub – 0:1.
Yoxlama oyununa qayıdaq. Ağdamlıların baş məşqçisi Qurban Qurbanovun meydana buraxdığı start heyəti belə olub: 89. Amin Ramazanov, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 19. Redon Cica, 17. Hamidu Keyta, 9. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 12. Sadiq Quliyev, 20. Riçard Almeyda, 25. İbrahim Ramazanov.
Maraqlıdı ki, “Qarabağ”ın uduzması ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Hər halda, “köhlən atlar” azarkeşlərini ardıcıl qələbələrə öyrəşdirib. Yenə də müəyyən məqamları nəzərə alıb tərəfdarlara haqq vermək mümkündü. Hər halda, oyunboyu başverənlər onları qarşıdan gələn Çempionlar Liqası və premyer-liqa matçlarına görə narahat edib. Söhbət yuxarıda adı start heyətində qeyd olunan futbolçuların həddən artıq zəif çıxışından gedir. Amin hər üç qolda çox zəif çıxışla yadda qaldı. Onun cəld reflekslərini görmədik. Alekseyin vura bilmədiyi penalti zərbəsi də gözdən qaçmadı. Qolların standart vəziyyətlərdən buraxılması “köhlən atlar”ın müəyyən zəif cəhətlərini üzə çıxardı. Nəriman Musanın ötürməsini düzgün dəyərləndirə bilmədi. Ardından Keyta bəxtini sınasa da, rəqib qolkiperin öhdəsindən gəlmək mümkün olmadı. Yaxşı ki, ardıcıllıqları Elvinin qolu müşayiət etdi. Cəfərquliyev 70-ci dəqiqədə Cicanın ötürməsindən faydalanaraq komandasını sevindirdi. Buna qədər isə Yannis Heuer 23-cü, Marlon Ritter, 39-cu, Boris Tomyak 47-ci dəqiqədə fərqlənmişdi.
“Qarabağ” növbəti matçı axşam saatlarında keçirdi. Bu dəfə rəqib Çexiya “Viktoriya”sı idi. Maraq üçün qeyd edək ki, bu komanda ötən mövsüm 62 xal toplamaqla 3-cü yeri tutub. “Viktoriya” ağdamlılar üçün tanış rəqibdi. Komandalar 2022/23 mövsümündə Çempionlar Liqasının pley-offunda qarşılaşıb ki, ağdamlılar mübarizəni dayandırmalı olub – 0:0, 1:2.
Yoxlama oyununa gəlincə, Qurban Qurbanov bu dəfə aşağıdakı start heyətinə güvənib: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdulla Zubir, 18. Juninyo.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 12. Sadiq Məmmədzadə, 30. Abbas Hüseynov, 2. Mateus Silva, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 9. Musa Qurbanlı, 17. Hamidu Keyta.
İlk dəqiqələr bərabərsəviyyəli oyunla yadda qaldısa, Leandronun 22-ci dəqiqədə Toralın ötürməsindən sonra hesabı açması ağdamlıları ruhlandırdı. Andrade 44-cü dəqiqədə dubla imza atdı. Bu dəfə məhsuldar ötürmənin müəllifi Zubir oldu. Rəqibin qolu isə 49-cu dəqiqədə qeydə alındı. Kristof Kabonqo Buntiçin irəlidə olmasından faydalanaraq fərqi minimuma endirdi. Ümumiyyətlə, plzenlilərlə matç daha baxımlı keçdi. Hər iki komandanın hələ tam formasını yaxalaya bilmədiyi hiss edilsə də, gərgin mübarizə izlədik.
Qurban Qurbanov Avstriya toplanışını belə dəyərləndirib: