"Neftçi”nin üç futbolçusu – Valeh Qəhrəmanlı, Fərid Yusifli və Mahir Həsənov U-17 millisinə dəvət olunub. Aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışına qatılacaq "Neftçi”nin üzvləri ayın 9-dan 15-dək Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcəklər. Daha iki futbolçu isə U-16-dan dəvət alıb. Mirəli Əhmədov və Nihad Cəfərov aprelin 2-dən 6-dək Bakıda olacaq seleksiya xarakterli təlim-məşq toplanışına qoşulacaq.