Bakıda keçiriləcək Türk Universiadasında iştirak edəcək futzal millimizin düşərgəsinə daha 4 oyunçu qoşulub. Baş məşqçi Joze Alesio da Silva “Neftçi”dən Oruc Baxşəlini, Vüsal İsayevi, Tural İsmayılovu və qapıçı Samir Mehtiyevi hazırlıq prosesinə dəvət edib.
Qeyd edək ki, oyunlar aprelin 6-sı, 7-si və 9-da Texniki Universitetin idman zalında keçiriləcək. Yarışda millimizlə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan iştirak edəcək.