Birinci divizionda 21-ci tura dünən yekun vurulub. Turun ikinci oyun günündə keçirilən 3 matçdan ikisində meydan sahibləri 3 xala sahib çıxıb, birində qalib müəyyənləşməyib. MOİK-ə yeni baş məşqçi təyin olunan Azər Bağırov debütdə “Şüvəlan”la çətin dueldə qolsuz heç-heçəyə razılaşıb. Son çempion “Turan Tovuz” isə “Mil-Muğan”ı minimal hesabla yenib. Görüşün taleyini həll edən yeganə qol 83-cü dəqiqəyə təsadüf edib. “Sabah” isə “Zaqatala” ilə oyunda əzmkar qələbə qazanıb. 28-ci dəqiqədə hesabda geri düşən, ancaq cəmi 1 dəqqiqə sonra tarazlığı bərpa edən, fasiləyə qədər üstünlüyü ələ keçirən debütant ikinci hissədə daha 1 qol vuraraq, 3:1 hesabı ilə qalib gəlib. Arif Əsədovun komandası bu qələbə sayəsində turnir cədvəlində irəliləyə bilməsə də, artıq liderlərlə xal fərqini nəzərəçarpan dərəcədə azaldıb. 7-ci yerdə qərarlaşmasına rəğmən, “Sabah” liderin ən yaxın izləyicisindən cəmi 5 xal geri qalır.
Birinci divizion
3-cü dövrə, 21-ci tur
30 mart
Turan Tovuz – Mil-Muğan 1:0
İlkin Rzayev, 83.
MOİK – Şüvəlan 0:0
Sabah – Zaqatala 3:1
Emin Mehdiyev, 29; 49. İlqar Ələkbərov, 37-p. - Elvin Həsənov, 28.
Turun qalan oyunlarının nəticələri: Binə - Qaradağ Lökbatan 2:2 (Seymur Abdullayev, 83. Vüsal Səfərov, 90+2 - Ruslan Tağızadə, 68. Əliqulu Manafov, 84), Ağsu - Xəzər 1:3 (Malik Babayev, 37 - Tural Qürbətov, 26. Vadim Abdullayev, 43. Rəşad Qarayev, 90+3-öz qapısına).
1. Qaradağ Lökbatan 21 13 4 4 39-22 43
2. Xəzər 21 10 5 6 26-12 35
3. Şüvəlan 21 10 4 7 22-16 34
4. Binə 21 9 5 7 28-23 32
5. MOİK 21 9 4 8 27-24 31
6. Turan Tovuz 21 9 4 8 28-25 31
7. Sabah 21 8 6 7 30-30 30
8. Mil-Muğan 21 6 4 11 27-41 22
9. Ağsu 21 6 3 12 19-36 21
10. Zaqatala 21 4 3 14 17-33 15
Bombardirlər: Sabir Allahquliyev (Qaradağ Lökbatan) - 10, Bəhruz Teymurov (MOİK) - 9.