Bu gün futzal üzrə yüksək liqada 22-ci turun daha bir oyunu keçiriləcək. Startı martın 28-də “Araz” – “Ekol” matçıyla verilən turun növbəti dueli “Neftçi” ilə “Yasamal” arasında olacaq. Bakı İdman Sarayında keçiriləcək qarşılaşmanı FİFA referiləri Elçin Səmədli, Ramil Namazov və Yusif Nurullayev idarə edəcək. Qeyd edək ki, “Araz” – “Ekol” matçının baş hakimi də Səmədli olmuşdu. Görüş Bakı İdman Sarayında baş tutacaq. Halbuki Futzal Federasiyası bir gün əvvəl komandaların “Olimpik Star”da münasibətlərinə aydınlıq gətirəcəyini elan etmişdi. Son anda məkan dəyişdirilib.
Qeyd edək ki, “Neftçi” və “Yasamal” cari mövsümdə iki dəfə münasibətləri aydınlaşdırıblar. Birinci dövrədəki oyunda rəqibdən 4:1 hesabı ilə üstün olan “Neftçi” ikinci dueldə 6:2 hesabıyla qalib gəlib. Üçüncü dövrədəki oyun isə təxirə salınıb.
Yasamal – Neftçi
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev.
Hakim-inspektor: Əli Məmmədov.
30 mart. Bakı İdman Sarayı. Saat 16.00
1. Araz 19 18 1 0 125-24 55
2. Marafon 18 12 1 5 69-37 37
3. Ekol 19 10 2 7 82-56 32
4. FK.İD 17 6 4 7 72-61 22
5. Neftçi 16 5 4 7 40-42 19
6. Yasamal 17 4 0 13 54-113 12
7. Xəmsə 18 0 2 16 42-151 2
Bombardir: Tyaqo (Araz) – 30.