
İdman
1 182
29.03.2018, 23:52
Naydiç üçün çətin sınaq
Martın 31-də Almaniyanın Baden-Baden şəhərində beynəlxalq şahmat turniri start götürəcək. Yarışda ölkəmizi Arkadi Naydiç təmsil edəcək. Latviyalı legionerin rəqibləri şahmat tacının sahibi Maqnus Karlsen (Norveç), İddiaçıların Turnirinin qalibi Fabiano Karuana (ABŞ), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan), eləcə də Maksim Vaşye-Laqrav (Fransa), Nikita Vityuqov (Rusiya), Yifan Hou (Çin), Qeorq Mayer və Mattias Blyubaum (hər ikisi Almaniya) olacaq. Turnirə aprelin 9-da yekun vurulacaq.