Türkiyənin Alanya bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Cartier” yarışına yekun vurulub. Dörd mərhələdən ibarət veloturda Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət heyətlə təmsil olunan “Sinerji Bakı”nın üzvlərindən ən yüksək nəticəyə Polivoda imza atıb. O, yekunda qalibdən 16 saniyə geri qalmaqla ümumi təsnifatda 3-cü yeri tutub. Bu nəticə velosipedçimizə 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə təmsilçimiz ilk “5-liy”i qapayıb.