
İdman
896
29.03.2018, 23:45
Gimnastlar Fransada üçüncü oldu
Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərində keçirilən ənənəvi “Qran-pri” yarışlarında çoxnövçülük proqramında bürünc medal qazanıb. 16 ölkənin iştirak etdiyi turnirdə Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət heyət 3 top, 2 iplə kompozisiyada 15,050, 5 halqa ilə hərəkətlərdə isə 17,050 xal toplayıb. Yekunda hesabına 32,100 xal yazdıran komandamız yalnız İtaliya və Ukrayna təmsilçilərindən geri qalıb.