Sizin reklam burada

Polina Türkiyədə titul qazana bilmədi

Title
Polina Türkiyədə titul qazana bilmədi
Natalya finala çox yaxındı
Voleybol üzrə Rusiya çempionatında yarımfinala start verilib. “Dinamo” Kazanda “Uraloçka”ya aman verməyib – 3:0 (25:23, 25:14, 25:17). Natalya Məmmədova 10 xalla qələbədə pay sahibi olub. Cavab görüşü martın 29-da Yekaterinburqda keçiriləcək.
Türkiyədə “Fənərbaxça” yarımfinalın ikinci matçında da “Əczaçıbaşı”ya uduzub – 0:3 (23:25, 18:25, 28:30). Polina Rəhimova 17 xalla komandasının ən məhsuldar oyunçusu olub. Beləliklə, “sarı-lacivərdlilər” finala çıxmaq şansını itirib. Yığma üzvünün komandası 3-cü yer uğrunda oynayacaq. Rəqib ya “Vakıfbank”, ya da “Qalatasaray” olacaq.
Fransa çempionatında təsnifat yarışı başa çatıb. 22-ci turda “Le-Kann” evdə “San-Rafael”ə qalib gəlib – 3:2 (22:25, 25:19, 25:21, 17:25, 15:7). Alyona Həsənova 15 xal toplayıb. “Venell” isə səfərdə “Paris”lə bacarmayıb – 1:3 (26:24, 25:27, 26:28, 9:25). Anastasiya Qurbanova hesabına cəmi 3 yazıb. “Le-Kann” 41 xalla 4-cü, “Venell” isə 30 xalla 6-cı yeri tutub. Hər iki komanda pley-offa vəsiqə qazanıb.
İtaliya A seriyasında isə 1/4 finalın cavab oyunları keçirilib. “Skandiççi” səfərdə də “Pesaro”nu üstələyib – 3:1 (23:25, 25:20, 25:23, 25:19). Yelizaveta Səmədova bu görüşü də kənardan izləyib. “Skandiççi” yarımfinala yüksəlib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.