Futzal üzrə ikinci liqada 22-ci turun oyunları keçirilib. Bəribaşdan xəbər verək ki, “Obolon” – “Baku Fire-2” oyunu birincilərin xahişinə əsasən təxirə salınıb. Bununla belə, zirvədə qərarlaşan “Obolon”un ən yaxın izləyicisi VİP FK şərikli liderliyə yiyələnmək şansından yararlana bilməyib. Belə ki, VİP FK “Avanqard”ı üstələyə bilməyib, tərəflər qollu heç-heçəyə razılaşıb. “Avanqard” isə 1 xal qazanmasına rəğmən, turnir cədvəlində bir pillə geriləyib. Digər oyunlara gəlincə, “Advokat” cari mövsümdə ilk qələbəsini qazanıb. Ən çox qol isə LSS - “Təbriz” oyununda vurulub. Ötən turda qazandığı qələbə sayəsində üçüncü pilləyə yüksələn “Təbriz” bu dəfə uduzub və nəticədə mövqeyini qoruya bilməyib. Əvəzində böyükhesablı qələbə qazanan “İçəri Şəhər” ilk “üçlüy”ə daxil olub.
Turun nəticələrini nəzərinizə çatdırırıq:
Dalğa – Advokat 2:3
Gənclik İK - İçəri Şəhər 0:6
Baker Hughes - Bədr Xocalı 0:2
VİP FK - Avanqard 4:4
LSS – Təbriz 9:7
Hövsan – Ulduz 9:4
Metropoliten - Rezident.az 1:7
1. Obolon 21 19 1 1 152-35 58
2. VİP FK 22 18 2 2 128-59 56
3. İçəri Şəhər 22 15 1 6 128-88 46
4. Təbriz 22 14 2 6 146-86 44
5. Bədr Xocalı 22 14 1 7 106-65 43
6. LSS 22 13 3 6 110-72 42
7. Hövsan 22 12 2 8 128-113 38
8. Avanqard 22 11 3 8 118-65 36
9. Baku Fire-2 21 10 4 7 93-54 34
10. Rezident.az 22 10 1 11 104-102 31
11. Dalğa 22 7 4 11 79-85 25
12. Ulduz 21 5 2 14 97-164 17
13. Gənclik 22 5 1 16 65-143 16
14. Metropoliten 22 3 1 18 71-167 10
15. Baker Hughes 21 2 1 18 45-143 7
16. Advokat 22 1 2 19 44-173 5