Bakıda təlim-məşq toplanışında olan U-19 dünən yoxlama oyununda qüvvəsini sınayıb. Vüqar Məmmədin rəhbərlik etdiyi komanda “Dalğa Arena”da rusiyalı həmyaşıdları ilə üz-üzə gəlib. Üstün oynayan qonaqlar darmadağına sevinib - 4:0.
Rusiya yığmasının baş məşqçisi Andrey Qordeyev RFİ-nin saytına verdiyi açıqlamada oyunla bağlı bunları deyib: “Böyükhesablı qələbəyə baxmayaraq, oyun asan olmadı. Yaxşı təşkil olunmuş rəqiblə üz-üzə gəldik. Ancaq uşaqlara afərin. Onlar böyük həcmdə iş görməklə özlərini yaxşı tərəfdən göstərdilər. Qeyd etmək istəyirəm ki, qapımızı toxunulmaz saxlamaqla imkanlardan dördünü reallaşdırdıq. Eyni zamanda qapımız önündə təhlükəli vəziyyətlərin sayı az idi. Uşaqlar Rusiyada oyunların keçirildiyi süni örtüklü qazondan təbii örtüklüyə keçidə uyğunlaşa və yaxşı nəticə göstərə bildilər. Martın 25-də azərbaycanlılarla daha bir sınaq oyunu keçirəcəyik”.
Yeri gəlmişkən, martın 25-də keçirilən oyunda da ruslar qalib gəlib - 1:0.