
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb. AFFA-nın saytında yer alan xəbərə görə, həmyerlimiz Kosovoda iş başında olacaq. Xudiyev martın 27-də keçiriləcək Kosovo – Almaniya oyununda hakimlər briqadasının işini qiymətləndirəcək. Qeyd edək ki, bu komandalar AÇ-nin seçmə mərhələsində Rəşad Sadıqovun rəhbərlik etdiyi yığmamızla eyni qrupda mübarizə aparırlar.