Şəhriyar fiziki hazırlıq sayəsində Karuananı üstələyə bilər
“Daha belə səhvə yol vermirəm”
Hazırda ölkə idman mətbuatının diqqəti Almaniyanın paytaxtı Berlində keçirilən şahmat tacına İddiaçıların Turnirinə yönəlib. Şəhriyar Məmmədyarovun məsul yarışda çıxışı böyük maraq doğurur. Az qala hamı şahmat mütəxəssisi olub. Bu idman növündən başı çıxan da, çıxmayan da. Hələ ki sumqayıtlı qrossmeysterin işləri pis getmir. İlk dövrədən sonra həmyerlimiz 2-ci pillədə (8-ci turun nəticələri nəzərə alınmayıb – S.) qərarlaşıb. Əlbəttə, Məmmədyarovun çıxışına peşəkar münasibətini bilmək pis olmazdı. Dünən bu məqsədlə ölkənin tanınmış şahmat mütəxəssislərindən sayılan Fərid Abbasovun fikirlərini öyrəndik: “Turnir gərgin mübarizə şəraitində keçir. Bu yarışa dünyanın ən güclü şahmatçıları yığışıb. Şəhriyar karyerasının zirvə dövrünü yaşayır. Məmmədyarovun şanslarını yüksək dəyərləndirirəm. Karyakin və Kramnik üzərində qələbələrini qeyd etmək lazımdı. Qrişukla qara fiqurlarla heç-heçə etməsi də müsbət nəticədi. Mənə elə gəlir ki, hər şey son 3 turda həll olunacaq. Şəhriyarın əsas rəqibi Karuana da formadadı. Bu iki şahmatçı formada olanda uda-uda gedirlər. Onlarda “əyləc” yoxdu. Ümid onadı ki, turnirin sonlarına doğru Karuana fiziki baxımdan yorulsun. Şəhriyar fiziki cəhətdən çox dözümlüdü. Fabiano isə fiziki hazırlığına görə seçilən şahmatçılardan sayılmır. Aronyan və So istisna olmaqla, qalan bütün iştirakçıların turnirin qalibi olmaq şansları var. Amma ən çox şans Şəhriyarla Fabianodadı”.
Bu arada Məmmədyarovun 7-ci turda Qrişukla görüşü turnirin ən erkən başa çatan qarşılaşması olub. Bildiyiniz kimi, tərəflər 16-cı gedişdə heç-heçəyə razılaşıb. Oyundan sonra keçirilən mətbuat kofransında Şəhriyar bunları deyib: “Fikrimcə, Qrişuka qarşı oynayırsansa, heç-heçə normal nəticədi. Saşa mənim üçün düşərli rəqib deyil. Ancaq bu gün yaxşı oynadığımı düşünürəm. Baxmayaraq ki, qələbə qazana bilmədim. Xantı-Mansiyskdə keçirilən analoji yarışda ilk dövrəni -1 saldo ilə başa vurmuşdum. İlk 3 turda hesabımda 2 məğlubiyyət var idi. İndi isə 7 tur keçsə də, hələ uduzmamışam. Əminəm ki, yarışın ən maraqlı hissəsi irəlidədi. İndi turnirin ən vacib hissəsi başlayır. Bundan sonra hər şey ola bilər. Turnirləri vacib və ya önəmli olmayan yarışlara ayırmıram. Mən hər zaman qalib gəlməyə çalışıram. 2011-ci ildə İddiaçıların Turniri olimpiya sistemi ilə keçirilirdi. İlk mərhələdə Boris Gelfandla qarşılaşmışdım. O zaman orda villa icarəyə götürüb, bir neçə ay qalmışdım. Günboyu hazırlaşırdım. Ancaq yekunda elə ilk mərhələdə uduzdum. Daha belə səhvə yol vermirəm. Əlbəttə, yarışlara diqqətlə hazırlaşıram. Lakin onların reytinqi mənim üçün önəm kəsb etmir. Bu, superturnir ola bilər. Ancaq həyatımın yarışı deyil”.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər