Xəbər verdiyimiz kimi, martın 17-də Qırğızıstanın paytaxtı Bişkekdə basketbol üzrə “Novruz kuboku” start götürüb. 20 yaşadək basketbolçulardan ibarət yığmamız ənənəvi yarışa qələbə ilə başlayıb. Tahir Baxşıyevin yetirmələri Özbəkistan “Spartak”ını üstələyib – 82:70. Təmsilçimizin heyətində Elşad Şirzadov 20 xalla ən məhsuldar oyunçu olub. Ancaq millimiz dünən Özbəkistanın digər klubu SK MO RU-ya uduzub – 70:79. Bu dəfə Endər Poladxanlı məhsuldarlığıyla seçilib. Zədə üzündən legioner karyerası yarımçıq qalan istedadlı basketbolçu hesabına 25 xal yazıb. Basketbolçularımız bu gün yerli “Politexnik”lə münasibətləri aydınlaşdıracaq.