
“Hell Energy” - yeni lider
Həftəsonu futzal üzrə birinci liqada 19-cu tura yekun vurulub. İlk oyun günündə keçirilən ilk qarşılaşmada “Green Log” uğursuz seriyaya son qoyub. “Yasamal-2”dən üstün olan komanda xal ehtiyatını artırıb. Mərkəzi oyun isə liderin məğlubiyyəti ilə yadda qalıb. ADBTİA ilə matçda 2 ardıcıl qol vuran “Qarabağ” üstünlüyünü fasiləyə qədər qoruya bilməyib. Hesaba tarazlıq gətirən “idmançı tələbələr” ikinci hissədə qolları sıralayıblar. Nəticədə “Qarabağ” mövsümdə ikinci məğlubiyyəti ilə barışmalı olub. Üstəlik, lider kapitanını da itirib. Belə ki, sona 1 dəqiqə qalmış ikinci sarı – qırmızı vərəqə alan Hüseyn Axundov növbəti oyunda meydana çıxa bilməyəcək. Günün yeganə böyükhesablı qələbəsini “Yeni Günəşli” qazanıb. Autsayder “Romana” ilə matçda Namiq İsgəndərovun 4 qol vurması komandasının qələbəsində əsas rol oynayıb.
İkinci oyun günündə keçirilən 4 qarşılaşma ilə tura yekun vurulub. “Hell Energy” “Qarabağ”ın xal(lar) itirməsindən faydalanıb. “Baku Fans”a 2 top fərqi ilə qalib gələn “sehrli içki” şəriksiz liderliyə yiyələnib. U-17 ilə görüşdə növbəti qələbəsini qazanan “Baku Fire” da onların ən yaxın izləyicisi olmaqda davam edir. “İtaldizayn” isə turu darmadağınla qapayıb. Elə “Standard” da böyükhesablı qələbə qazanıb. “Dizaynçılar” “Star”ın daşını daş üstə qoymayıb, “bank təmsilçisi” isə “Gilan”a çətinlik çəkmədən qalib gəlib.
Turun nəticələrini nəzərinizə çatdırırıq:
Yasamal-2 – Green Log 2:5
ADBTİA – Qarabağ 5:2
Romana – Yeni Günəşli 1:7
Baku Fire – U-17 4:3
Gilan – Standard 2:14
Baku Fans – Hell Energy 0:2
İtaldizain – Star 17:0
1. Hell Energy 19 15 3 1 112 28 48
2. Qarabağ 19 14 3 2 146 41 45
3. Baku Fire 19 14 2 3 124 54 44
4. ADBTİA 19 13 4 2 108 43 43
5. Green Log 19 12 2 5 76 42 38
6. İtaldizayn 19 10 3 6 103 46 33
7. Standard 19 11 0 8 117 63 33
8. Yeni Günəşli 18 9 3 6 74 46 30
9. Baku Fans 19 8 1 10 73 74 25
10. Yasamal-2 19 8 0 11 92 88 24
11. U-17 18 2 1 15 46 90 7
12. Star 19 2 0 17 51 171 6
13. Gilan 19 2 0 17 61 191 6
14. Romana 19 1 0 18 38 226 3