• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şəhriyar gücünü ikinci dövrə üçün qoruyur?

İdman

19-03-2018, 19:0

Şəhriyar gücünü ikinci dövrə üçün qoruyur?
“Bunun üçün nəsə etmək lazımdı”
Almaniyanın paytaxtı Berlində keçirilən dünya şahmat tacına İddiaçıların Turnirində mübarizə yarılanıb. Dünən ilk dövrəyə yekun vurulub. Ancaq dünənki oyunlara keçməzdən öncə Şəhriyar Məmmədyarovun (2809) 6-cı turda Vladimir Kramnik (Rusiya, 2800) üzərindəki qələbəsinə qayıdaq. Görüşdən sonra keçirilən mətbuat konfransında rusiyalı şahmatçı topları qoşalaşdırarkən sanki hallüsünasiya gördüyünü söyləyib. Kramnikin 28-ci gedişdə heç-heçədən imtina etməsi də diqqəti çəkməyə bilməz. Məmmədyarovun fikirləri isə belə olub: “Rəqib gedişləri 3 dəfə təkrarlamaqdan imtina etdikdən sonra vəziyyət bir qədər “qaralar”ın xeyrinə idi. 24-cü gedişdən sonra Kramnik qələbəyə oynaya bilərdi. Ancaq mən təhlükəni hiss etmədim. Karuana ilə oyunda da belə olmuşdu. İndi fikirləşirəm ki, bu cür vəziyyətdə belə oynamaq olmaz. Əmin idim ki, Vladimir heç-heçədən imtina edəcək. Daha sonra o həddən artıq aqressiv oynadı. Mənə e4-e5 gedişini etməyə imkan verdi. Bəlkə də mən yanılıram. Ancaq mənə elə gəlir ki, qələbə üçün şansım var idi. Kramnik isə əksini düşünürdü. Hələ ki ilk dövrənin sonuna çatmışıq. Ümid edirəm ki, ikinci dövrədə vəziyyəti düzgün qiymətləndirə biləcəm. Hər zaman vəziyyətimin yaxşı olduğunu düşünürəm. Ancaq sonra heç də belə olmadığını görürəm. Bunun üçün nəsə etmək lazımdı”.
Nüfuzlu “Sport-Ekspress” qəzeti həmin qarşılaşmanı belə şərh edib: “Kramnikin bundan əvvəlki iki partiyasında olduğu kimi, sakit debütlə start verdiyini gördük. Vəzirləri dəyişdikdən sonra şah xəttinə maksimum təzyiq göstərdi. İlk 30 gedişdən sonra görüş heç-heçəyə doğru gedirdi. Məmmədyarov da bu nəticəyə razı idi. Ancaq Kramnik fərqli qərar qəbul etdi. Əvvəlcə nədənsə o bir piyadaya hücum etmək qərarına gəldi. 34-cü gedişdə isə səhvə yol verdi. Atları dəyişdikdən sonra vəziyyət ağırlaşdı. Bundan sonra rəqib nəzərəçarpan üstünlük əldə etdi. Azərbaycanlı qrossmeyster piyadasını vəzirə çevirdikdən bir neçə gediş sonra Kramnik təslim oldu”.
İndi isə keçək 7-ci turun oyunlarına. Dünən Məmmədyarov qara fiqurlarla Aleksandr Qrişuka (Rusiya, 2767) qarşı oynayıb. Buna qədər tərəflər klassik şahmatda 15 dəfə münasibətləri aydınlaşdırmışdı. Bunların 4-də Aleksandr, 3-də Şəhriyar qələbə qazanmışdısa, 8 görüş heç-heçə yekunlaşmışdı. Bu dəfə də populyar hesab qeydə alınıb. Tərəflər özünü çox yormayıb. Artıq 16-cı gedişdə “sülh” qeydə alınıb. Bu günün ən erkən bitən qarşılaşması olub. Düzdü, vaxta görə Məmmədyarovun təxminən 1 saatlıq üstünlüyü var idi. Rəqib seytnota düşə və bu zaman səhv gedişlər edə bilərdi. Ancaq Şəhriyar riskdən qaçıb. Vəziyyətin heç-heçəlik olduğunu düşünərək gücünü qorumağa üstünlük verib. Görünür, yığmamızın lideri gücünün böyük hissəsini ikinci dövrə üçün saxlayıb. Nəzərə alaq ki, sumqayıtlı qrossmeyster qalan 7 partiyanın 4-də “ağlar”la oynayacaq.
Ancaq bu heç-heçə daha çox Fabiano Karuananın (ABŞ, 2784) işinə yarayıb. İtalyan əsilli şahmatçı “qaralar”la oynamasına baxmayaraq, Levon Aronyanı (Ermənistan, 2794) məğlub edərək, praktiki olaraq rəqibinin titul şansını heçə endirib. Bununla da Karuana ilk dövrəni vahid lider kimi bitirib. “Ağlar”la oynayan Sergey Karyakin (Rusiya, 2763) 35-ci gedişdə kobud səhvə yol verən Uesli Sonu (ABŞ, 2799) bağışlamayıb. Yarışın “sülh carçısı” Dinq Liren (Çin, 2769) yenə ənənəsinə sadiq qalıb. 6 saatdan artıq Kramniklə gedən savaşın sonu “atəşkəs” olub.
Xal durumu: Karuana - 5, MƏMMƏDYAROV – 4,5, Liren, Qrişuk, Kramnik – 3,5, Karyakin – 3, So, Aronyan – 2,5.
Bu gün 8-ci turun görüşləri keçiriləcək: Qrişuk – Kramnik, MƏMMƏDYAROV – Karyakin, Liren – Aronyan, So – Karuana.
SƏRXAN

Oxunub: 1 650
Paylaş:
Digər xəbərlər

İdman

15-03-2018, 23:0

Şəhriyar autsayderi yenə bilmədi

İdman

13-03-2018, 00:0

Şəhriyar: bir qələbə, bir heç-heçə

İdman

17-03-2018, 00:0

Şəhriyardan ardıcıl dördüncü heç-heçə

İdman

18-03-2018, 17:0

Şah zirvəyə şərikdi

İdman

9-03-2018, 00:0

Şəhriyar blitsdə fiaskoyla üzləşdi

İdman

14-03-2018, 12:0

Şəhriyar istirahətə “sülh”lə yollandı

Aktual
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Futbolumuzun dindarları "Qurani-Kərim" kitabını yandıran şəxs haqda nələr söylədi?
“Neftçi” Donyonu “Apollon”a pulsuz bağışlayıb? – RƏSMİ AÇIQLAMA
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Rəşad Sadıqov onu “Zirə”yə qaytaracaq? – ÖZÜ AÇIQLADI
"Qarabağ"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina etdi
Son xəbərlər
  • Bu gün, 12:15
    Skibbe yaponları İstanbulla tanış etdi
  • Bu gün, 11:58
    Stolüstü tennisçilərimizin Qazaxıstan zəfəri
  • Bu gün, 11:45
    Şəhərin meri baş məşqçinin istefasını açıqladı
  • Bu gün, 11:31
    "Qalatasaray" bu futbolçu üçün 5,5 milyon avro tələb edir
  • Bu gün, 11:04
    Masazırda açılan pankart “Neftçi”nin durumuna işarədi - AÇIQLAMA
  • Bu gün, 10:56
    Vimmer yığmamıza qarşı oynamaq istəyir
  • Bu gün, 10:34
    Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
  • Bu gün, 10:15
    Azərbaycan komandası İsveçrədə çempion oldu
  • Bu gün, 10:00
    Sumqayıtda Samir Abasov - Ayxan Abasov dueli - YENİLƏNİR
  • Dünən, 23:51
    "Barselona"nın futbolçusu Portuqaliya yolunda
  • Dünən, 23:31
    Eldar Kərimov: “Bəxtimiz onda gətirib ki, Gürcüstan kimi Avropa və dünya reytinqində yüksək yer tutan ölkə ilə həmsərhədik” - LAYİHƏ
  • Dünən, 23:15
    "Benfika"dan "Lokomotiv"ə
  • Dünən, 23:00
    Millimiz “Tour of Sharjah”da mübarizəni davam etdirir
  • Dünən, 22:51
    Uilyamsın seriyası qırıldı
  • Dünən, 22:15
    "Nyukasl"dan yeni transfer
  • Dünən, 21:51
    Lindelöf İtaliya klubunun hədəfində
  • Dünən, 21:23
    Vlahoviç premyer-liqa yolunda
  • Dünən, 21:19
    20-ci turun təyinatları bəlli oldu
  • Dünən, 20:51
    "Liverpul" mübarizəni dayandırdı
  • Dünən, 20:15
    Alveş həbsxanada matça çıxdı
  • Dünən, 19:51
    Zidanın 4 seçimi var
  • Dünən, 19:21
    “Barselona”nın oyunçusu sıradan çıxdı
  • Dünən, 18:53
    “Portu”nun ilk uğuru
  • Dünən, 18:22
    ''Barsa''ya lazım olmayan türkiyəli futbolçu ''Fənərbaxça''ya keçir
  • Dünən, 17:59
    ''Qalatasaray'' Türkiyə yığmasının üzvünü transfer etdi
  • Dünən, 17:30
    Türkiyənin Hakimlər Komitəsində növbəti istefa
  • Dünən, 17:10
    2018-dən bəri ilk dəfə
  • Dünən, 16:51
    Simeone mütləq rekordçudu
  • Dünən, 16:21
    "Barselona" qələbə seriyasını 7-ə çatdırdı
  • Dünən, 15:50
    O da Səudiyyə Ərəbistanına yollandı
  • Dünən, 15:25
    Alonso ilə müqavilə yeniləndi
  • Dünən, 14:51
    Lempardın xələfi məlum oldu
  • Dünən, 14:15
    “Araz Naxçıvan” rəhbərliyi məhkəmə qarşısında
  • Dünən, 13:51
    “The Guardian” Messini 2022-ci ilin ən yaxşı futbolçusu seçdi
  • Dünən, 13:30
    Kolo Ture “Viqan”da qələbə üzü görmədi
Daha çox
Oxunub: 3 003
Yaşar Vahabzadə: “Vidadi Rzayev kişidisə, düzünü desin"
Oxunub: 2 575
Bu arena "Neftçi"nin ixtiyarına verildi
Oxunub: 1 822
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Oxunub: 1 793
“Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
Oxunub: 1 017
Mahir lağlağını haqq edir? - KÖŞƏ
Oxunub: 646
"Qarabağ"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina etdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə