Dünən 21 yaşadək futbolçulardan ibarət yığmanın da heyəti açıqlanıb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Kosovo, 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq yığmanın baş məşqçisi 27 futbolçuya dəvət göndərib. Dünəndən startı verilən və martın 19-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına əsas millimizin üzvlərindən Ramil Şeydayevlə Mahir Mədətov, həmçinin legionerlərdən Ozan Can Kökcü, Ziya Əzizov, Budaq Nəsirov və Rövlan Muradov da çağırılıb: Sərtan Taşkın, Cabir Əmirli, Murad Qayalı, Rafael Məhərrəmli, Elvin Cəfərquliyev (hamısı “Keşlə”), Kamran İbrahimov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Hacıağa Hacılı, Qismət Alıyev, Murad Popov, Samir Qurbanov (hamısı “Qəbələ”), Ramil Şeydayev, Mahir Mədətov, Nicat Süleymanov (hamısı “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Ülvü İskəndərov (hamısı “Sumqayıt”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), Fəhmin Muradbəyli (Səbail), İsmayıl İbrahimli (MOİK), Ozan Can Kökcü (“Valveyk”, Hollandiya), Rövlan Muradov (“Slaviya”, Çexiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Ziya Əzizov (“Den Boş”, Hollandiya).
Adı siyahıya sonradan əlavə edilən “Keşlə”li Elvin Cəfərquliyevlə “Qəbələ”nin üzvü Samir Qurbanovun martın 19-dan etibarən yığmanın düşərgəsinə qoşulacağını da əlavə edək.
U-21-in 2018-ci ildə, Rəşad Sadıqovun, ümumiyyətlə, yığmadakı ilk seçmə oyunundakı rəqibi Kosovonun da heyəti açıqlanıb. Baş məşqçi Rafet Prekazi bu ay keçiriləcək matçlara 23 futbolçu ilə hazırlıq keçməyə qərar verib. Lakin mütəxəssis heyətə 24 oyunçunun adını daxil edib. Belə ki, Mentor Boroçi və Ardit Nika cütlüyündən yalnız biri hazırlığa qatılacaq. Bu heyət martın 22-də Azərbaycan, 27-də Almaniya ilə görüşəcək. Martın 19-da start götürəcək hazırlıqlarda Visar Bekay, Arber Hoksa (hər ikisi “Priştina”), Floryan Smakiqi, Albert Dabiqay, Mendurim Hoti (hamısı “Feronikeli”), Mentor Boroçi (Hayvaliya) və ya Ardit Nika (Ramiz Sadiku), həmçinin Denis Haliti (Drita), Kamer Krasniqi (“Osnabryuk”, Almaniya), Ardian İsmaili (“Hayduk”, Xorvatiya), Lirim Mema, Besfort Kolgeçi (hər ikisi “Ayntraxt”, Braunşveyq, Almaniya), Arbenit Cemaili (“Ksamaks”, İsveçrə), Arian Kabaşi (“Syon”, İsveçrə), Dren Feka (“Lütsern”, İsveçrə), Kuştrim Şabani, Mirlind Daku (hər ikisi “Llapi”), İlber Maloku, Muharrem Yaşari (hər ikisi “Trepça”), Florent Hasani (“Dyosqyori”, Macarıstan), Roni Qaşi, Meriton Korenisa (hər ikisi “Liriya”), Ron Broya (Skupi), Valmir Süleymani (“Hannover”, Almaniya) iştirak edəcək.