• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Salyanda futbola yeni nəfəs gəlir – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

19-05-2024, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bir vaxtlar “Plastik”, “Muğan, “Rəvan” kimi komandalarıyla tanınan Salyan futbolunda uzun müddət idi durğunluq yaşanırdı. Deyəsən, bu durğunluq artıq başa catıb. Bakıdan elə də uzaqda yerləşməyən Salyanda futbola yeni nəfəs gəlib, rayonun Olimpiya İdman Kompleksinin stadionunda canlanma yaşanır. Yeni yaradılan “Salyan” komandası AFFA bayrağı altında keçirilən Region Liqasının Cənub bölgəsindən mübarizəyə başlayıb. “Salyan” keçirdiyi üç görüşün hamısında qələbə qazanıb və hazırda 9 xalla yarışdığı qrupda 1-ci yeri tutur. Bu mübarizədə salyanlı futbolçular Biləsuvar və Masallıdan, eləcə də Şirvan şəhərinin komandasından üstün olub. Salyan futbolunun inkişafı üçün böyük əmək sərf edən məşqçi Vasif Əliyevin çalışdırdığı komanda qrupu lider kimi tamamlayıb, finala qədər irəliləmək əzmindədi. Komandanın qapıçısı Anar Babayevlə söhbətimizdə “Salyan”ın yaranmasından, komandanın çıxışından və qarşılaşdığı problemlərdən danışdıq.

Salyanda futbola yeni nəfəs gəlir


- Anar, səni daha yaxından tanıyaq. Özün haqda məlumat verərdin. Futbola sevgin necə yarandı?
- Salyanda doğulmuşam, ixtisasca manual-terapevtəm, uzun müddət ölkəmizdən xaricdə də bu sahə üzrə çalışmışam. Amma futbola olan sevgi həmişə mənimlə olub. Uşaq vaxtı əvvəlcə güləşlə məşğul olmuşam. Məşqçim də dayım İslam Zeynalov idi. Orta məktəbin 5-ci sinfində oxuyanda isə futbola maraq yarandı, futbolla məşğul olmağa başladım. Bu da 1998-ci ildə keçirilən dünya çempionatına təsadüf etdi. Dünya çempionatının oyunları mənə futbolu daha da sevdirdi. İlk məşqçim də Salyanda Heydər Ağayev oldu. Heydər müəllim Salyan futbolunda yetərincə tanınmış simadı. Məni də qapıçı kimi o yetişdirdi. Salyanın yeniyetmələrdən ibarət komandasının qapıçısı idim. Dəfələrlə Azərbaycan çempionatının bizim zona üzrə yarışlarında çıxış etdim, 18 yaşıma kimi futbolla fəal məşğul oldum. Ondan sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdən sonra bir müddət Rusiyada yaşadım. Şükürlər olsun ki, artıq vətəndəyəm, yenidən doğma Salyanın komandasının “çərçivə”sini qoruyuram.



- Salyanda futbola maraq hansı səviyyədədi? Komanda yaradıb, Həvəskarlar Liqasına qatılmaq ideyası necə yarandı? Bu proses necə gerçəkləşdi?
- Bizim rayonda futbola maraq yüksək səviyyədədi. Hiss etmək çətin deyil ki, azarkeşlərimiz böyük futboldan ötrü darıxıblar. Komanda yaranandan sonra Salyanda futbol ab-havası yenidən canlanıb. Bu da bizim üçün əlavə stimul mənbəyidi. Hər kəs nəticələrimizlə, oyunlarımızla maraqlanır. Oyunlarımız zamanı Olimpiya Kompleksinin stadionunun tribunaları dolu olur. Artıq səfər oyununda da bizi dəstəkləmək üçün təşkilatçılıq işlərinə başlayıb, özü də təşəbbüs azarkeşlərimizdən gəlib. Salyanlılar futbolu sevir, komandanın oyunlarını sevərək izləyirlər. Komanda yaradıb, turnirdə iştirak etmək elə bizim özümüzdən, eləcə də baş məşqçimiz Vasif Əliyevdən gəldi. İstədik ki, Salyanda da futbol olsun. Komandanın yaranmasının müsbət tərəfi o oldu ki, artıq kəndlərimizdə də futbol canlanıb, istedadı olan uşaqlar üzə çıxır. İstəyirik ki, futbolu sevən bütün gənclərin onunla məşğul olmaq imkanı yaransın, onlar da həvəslənsinlər. Daha yaxşı futbolçular komandamıza cəlb edilsin, onlar da özlərini Azərbaycan miqyasındakı yarışlarda göstərsinlər. Komandanın yaranması ideyası isə biz keçmiş futbolçuların Vasif Əliyevlə görüşündən sonra oldu. Belə qərara gəldik ki, Salyanda gənc istedadlar çoxdu, biz də onlara yol açmalıyıq. Biz də nisbətən təcrübəli, yaşlı hesab olunuruq. Artıq 30 yaşı keçmişik. Estafeti gənclərə vermək üçün bu qərarı vermişik. Bilirik ki, uğurlu başlanğıc vacibdi. Gənclər də bizi görüb, həvəslənəcəklər, irəli gələcəklər. Bu düşüncəylə də komandanı formalaşdırıb, Həvəskarlar Liqasında yarışmağa qərar verdik.



- Komandanın çıxışından danışaq, neçə oyun keçirmisiz, hansı nəticələr var? Qarşıda hansı hədəflər dayanır?
- İndiyə qədər üç görüş keçirmişik. Masallı, Biləsuvar və Şirvan komandaları ilə görüşlərdən maksimum nəticə ilə ayrılmışıq. İlk oyunda Biləsuvarda 1:0 hesabıyla qalib gəldik. Sonra doğma meydanda Masallını qəbul etdik və 3:1 hesablı qələbəylə azarkeşlərimizi sevindirdik. Şirvan komandasıyla da Salyanda qarşılaşdıq və 3:1 hesabıyla onları üstələdik. Çempionatda yeganə komandalardanıq ki, sponsorsuz üç oyunda 100 faizlik nəticə göstərmişik və qrup lideriyik. Növbəti oyunda səfərdə Şirvanla qarşılaşacağıq. Qarşıdakı hədəf qrupu lider kimi tamamlayıb, mümkün qədər irəliləməkdi. Böyük həvəslə çalışırıq, futbolçularda əzmkarlıq yüksəkdi. İnanıram ki, salyanlı futbolsevərləri sevindirməyi bacaracağıq. Bütün komanda yoldaşlarımı, azarkeşlərimizi salamlayıram. İnşallah, uğur qazanmaqla onları da sevindirəcəyik.



- Bu işdə sizə kimlər, hansı köməyi göstərdi? Hazırda hansı çətinliklərlə qarşılaşırsız?
- Az öncə qeyd etdiyim kimi, bizdə futbola böyük maraq var. Bir müddət Salyanda komanda olmayıb, insanlar futbolsuz qalıb. Susuz qalan insan necə olursa, futbolsuz qalan azarkeş də belə olur. İndi şükürlər olsun ki, yavaş-yavaş addımlar atılır. Eşidənlər, bilənlər bizə də kömək olmağa çalışır. Baş məşqçimiz Vasif Əliyev böyük zəhmət çəkir, bizi oyunlara hazırlayır. Salyanla jurnalist, tanınmış ictiami fəal Emil Məmmədov da bizə böyük informasiya dəstəyi göstərir. Onun izləyicilərinin sırası xeyli genişdi. Məhz onun sosial şəbəkələrdəki paylaşımları, oyunlarımız zamanı etdiyi canlı yayımlar Salyan komandasının təbliğatında, tanınmasında böyük rol oynayır. Bilirik ki, bütün salyanlılar uğurumuz üçün dua edir, imkanı çatanlar isə maddi köməyini əsirgəmir. Amma qarşılaşdığımız çətinliklər də var. Hər bir komandanın normalda sponsoru olur, bizim isə sponsorumuz yoxdu. Komandanın maddi xərclərini Salyan camaatının verdiyi dəstəyin sayəsində qarşılaya bilirik. Bizə xalq dəstək olur, biri forma alır, digəri top hədiyyə edir. Hətta suyumuzu alanlar, səfər oyununa gedəndə avtobusun benzinini alanlar da var. Komandanın əsas problemi maddi dəstəklə bağlıdı. Cəmi bir forma ilə çıxış edirik, toplarımız da çatışmır. Yarışlara gedərkən geyinmək üçün vahid geyim dəstimiz, oyundan əvvəl məşqə çıxarkən geyinməyə idman geyimimiz yoxdu. Çətinliklərimiz bunlardı. Amma yenə də salyanlılar bizi tək qoymur, biz də bundan ruhlanırıq. Bizə hərtərəfli maddi və mənəvi dəstək olmağa çalışırlar. Hər birinə minnətdarıq. Şəhid ataları hər bir oyunumuza gəlirlər, bizə xeyir-dua verirlər. AFFA-nın bizdən məlumatlı olmasını, bizə inventarlarla, forma və toplarla bağlı dəstək verilməsini arzulayırıq. Salyan Olimpiya Kompleksinin rəhbərliyinə də minnətdarlığımızı bildiririk, bizə dəstək olublar, stadionu bizim ixtiyarımıza veriblər. Hazırda stadionda abadlıq işləri görülür, kompleksin rəhbəri Aqil müəllimə təşəkkürümüzü bildiririk.



- Ümumiyyətlə, futbolun gənclərin və yeniyetmələrin həyatında rolunu necə görürsən?
- 2018-ci ildə Salyan təmsilçisi Regional Liqada mübarizə aparıb. Komandanın maddi dəstəyi aşağı olsa da, cənub zonasında qrupu ikinci yerin sahibi kimi bitirmişdi. Həmin vaxt komandamız Mingəçevir təmsilçisinə məğlub olub mübarizəni dayandırdı. Sonradan maddi çətinliklər üzündən komanda fəaliyyətini davam etdirə bilmədi. Biz keçmiş futbolçular yenidən komandanı bərpa etmişik. Məqsədimiz odu ki, Salyanda futbol olsun, gənclərimiz futbolla məşğul olsunlar. İstəyirik ki, gənclər pis vərdişlərdən uzaq olsunlar. İdman sağlamlıq deməkdi. İdmanla, futbolla məşğul olanlar pis vərdişlərdən də uzaq olur, sağlam ruhda böyüyürlər. Məqsədimiz də bunu təbliğ etməkdi. Bizə dəstək olan insalara, baş məşqçimiz Vasif Əliyevə, informasiya dəstəyi verən Emil Məmmədova, eləcə də başqalarına minnətdaram. Əl-ələ verib, Salyana böyük futbolu qaytarmaq istəyirik. Gənclərin sağlam həyat tərzi yaşamasında futbolun əvəzsiz rolu var.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman

29-10-2022, 12:0

Lənkəranda stolüstü tennis yarışı keçirildi

Aktual
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
“Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
Son xəbərlər
  • Bu gün, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Bu gün, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Bu gün, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Bu gün, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Bu gün, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Bu gün, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Bu gün, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 237
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə