
Aktual
751
16.03.2018, 00:09
Arazın komandası kubokda heç-heçə etdi
Cənubi Kipr kubokunda 1/4 finalın ilk oyunları keçirilib. "Anortosis" evdə "Apollon"la heç-heçə edib - 1:1. Araz Abdullayev start heyətində yer alıb. Tərəflər arasında cavab görüşü aprelin 11-də baş tutacaq.
Hollandiyanın 1-ci divizionunda isə 29-cu tur geridə qalıb. "Den Boş" səfərdə "Helmond"a uduzub - 1:3. Ziya Əzizov məğlubiyyəti ehtiyat oyunçular skamyasından izləyib. "Velveyk" isə səfərdə "Dordrext"ə məğlub olub - 0:1. Start heyətində yer alan Ozancan Kökcü 73-cü dəqiqədə sarı vərəqə alıb. "Den Boş" 38 xalla 12-ci, "Velveyk" isə 27 xalla 19-cu pillədə qərarlaşıb. Növbəti turda "Den Boş" "Dordrext"i, "Velveyk" isə "Maastrixt"i qəbul edəcək.