Martın 13-də qadın voleybolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib. Dərnəgül Voleybol Mərkəzində baş tutan ilk görüşdə qeyri-adi heç nə baş verməyib. Məğlubiyyətsiz irəliləyən ölkə çempionu aşkar autsayderi “quru” hesabla üstələyib. Əvəzində ikinci qarşılaşma gərgin mübarizə şəraitində keçib. Adnan Kistakın yetirmələri gözlənilmədən Eldar Yusubovun komandasına tay-brekdə qalib gəlib.
Azərreyl – Lokomotiv 3:0 (25:16, 25:19, 25:18), AVF – Abşeron 3:2 (18:25, 25:21, 20:25, 25:21, 15:12)
1. Azərreyl 8 8 0 24-2 24
2. Abşeron 8 5 3 18-9 16
3. AVF 8 3 5 10-17 8
4. Lokomotiv 8 0 8 0-24 0
Yeri gəlmişkən, bu komandalar martın 16-17-də yenidən meydana çıxacaq. Xəbər verdiyimiz kimi, həmin tarixlərdə “Novruz kuboku” keçiriləcək. Artıq turnirin püşkü atılıb və yarımfinal cütlükləri müəyyənləşib. İlk yarış günündə “Lokomotiv” – “Abşeron” (15.30) və “Azərreyl” – AVF (17.30) qarşılaşmaları keçiriləcək. Ertəsi gün final görüşü 16.00-da start götürəcək.