Həftəiçi birinci divizionda da növbəti turun oyunları olacaq. İkinci dövrənin sonuncu - 18-ci turun bütün qarşılaşmaları eyni gündə və eyni saatda baş tutacaq. MOİK – “Binə” və “Şüvəlan” – “Xəzər” duelləri xüsusilə prinsipiallıq daşıyır. Söhbət ilk “5-lik”də qərarlaşan komandaların qarşılaşmalarından gedir. Bu durum “Turan Tovuz”, eləcə də “Sabah” kimi iddialılara çatmağa can atan komandalara da sərf edir. Liderlərin xal itkisi ilə turnir cədvəlinin üst pillələrindəki sıxlığın bir qədər də artacağı şübhəsizdi.
Birinci divizion
2-ci dövrə, 18-ci tur
14 mart
Mil-Muğan – Sabah
Hakimlər: VÜQAR HƏSƏNLİ, Yaşar Abbasov, Cəmil Quliyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramiz Əsədov.
AFFA nümayəndəsi: Vahid Hüseynov.
İmişli. Heydər Əliyev adına şəhər stadionu. Saat 15.00
MOİK – Binə
Hakimlər: RƏŞAD ƏHMƏDOV, İsgəndər Əliyev, Vüsal Qənbərov, Anar Göyçayski.
Hakim-inspektor: Əlibala Ələsgərov.
AFFA nümayəndəsi: Əlniyaz Mirzəyev.
Biləcəri. Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 15.00
Ağsu – Qaradağ Lökbatan
Hakimlər: ZİYA NƏSİROV, Murad Kərimov, Azər Əsgərov, Emin Nağıbəyov.
Hakim-inspektor: Vaqif Ayvazov.
AFFA nümayəndəsi: Qurban Məmmədov.
Ağsu. Şəhər stadionu. Saat 15.00
Turan Tovuz – Zaqatala
Hakimlər: NAİL NAĞIYEV, Habil Əliyev, Elşad Abdullayev, Samir Hüseynov.
Hakim-inspektor: Rufulla Kərimov.
AFFA nümayəndəsi: Sabir Mütəllimov.
Tovuz. Şəhər stadionu. Saat 15.00
Xəzər - Şüvəlan
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Elman Musayev, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Şakir Əmrahov.
Bakı. İnter Arena. Saat 15.00
1. Qaradağ Lökbatan 17 12 2 3 33-16 38
2. Şüvəlan 17 9 2 6 20-15 29
3. MOİK 17 9 2 6 25-18 29
4. Binə 17 8 3 6 23-16 27
5. Xəzər 17 7 4 6 17-11 25
6. Turan Tovuz 17 7 4 6 26-23 25
7. Sabah 17 6 4 7 19-26 22
8. Mil-Muğan 17 6 2 9 26-34 20
9. Ağsu 17 5 3 9 17-30 18
10. Zaqatala 17 2 2 13 14-31 8
Bombardirlər: Sabir Allahquliyev (Qaradağ Lökbatan) – 9, Elnur Səmədov (Turan Tovuz), Samir Babayev (Mil-Muğan) – 8.