Təxirə salınmış oyunlar martın 25-də keçiriləcək
Ötən həftənin şənbə və bazar günləri Region Liqasında 6-cı turun oyunları keçirilib. Cənub zonasında “Dinamo”, nəhayət, cari mövsümdə ilk xalını qazanıb. Yardımlı təmsilçisi “doğma divarlar” arasında “Ümid”lə qolsuz “sülh”ə razılaşıb. “Masallı” və “Xəzər Lənkəran”ın sabiq futbolçularından qurulan “Alyans” hesabat turunda “Astara”nı meydana çıxmağa peşman edib. Mərkəzdə isə liderlərin oyunu azarkeşlərin meydana axışması səbəbindən yarımçıq dayandırılıb. Ötən sayımızda xəbər verdiyimiz kimi, hesab 1:1 olarkən son dəqiqələrdə hakim “Gənclik”in qapısına penalti təyin edib. Bununla barışmayan sabirabadlı futbolsevərlər qarşılaşmanın başa çatdırılmasına imkan verməyib. Turun daha bir təxirəsalması Oğuzda olub. Region Liqası üzrə işçi qrupun üzvü Yusif Vəliyevdən aldğımız bilgiyə görə, “Şirvan”ın 10-a yaxın oyunçusu zəhərləndiyindən sözügedən qarşılaşma başqa vaxta keçirilib. Onu da qeyd edək ki, bu günə kimi təxirə salınmış bütün görüşlər martın 25-də keçiriləcək. Paytaxt zonasında sürpriz yaşanmayıb. Liderlər böyükhesablı qələbələrə seviniblər. Şimalda da ilk pillədə qərarlaşan komandalar 3 xal qazanıb. Qusar “Şahdağ”ı “Səhliyalı”nı, “Uğur” isə Quba təmsilçisini məyus edib. Qərb bölgəsində çıxış edən komandalar arasında gərgin mübarizə gedir. Turnir cədvəlinə başçılıq edən “Şəmkir” doğma meydanda “Göyəzən”ə uduzmaqla 3-cü pilləyə düşüb. Əvəzində səfərdə “Xəmsə”ni udan “Energetik” liderliyi ələ alıb. Qazax komandası da mingəçevirlilərlə eyni xala malik olsa da, ikincilər əlavə göstəricilərə görə hamıya yuxarıdan aşağı baxır.
Region Liqası
6-cı tur
10-11 mart
Mərkəz və cənub regionu, cənub zonası
Dinamo (Yardımlı) - Ümid (Cəlilabad) 0:0
Alyans (Cənub RFF) - Astara 4:0
1. Alyans 6 4 1 1 12-2 13
2. Astara 6 3 1 2 12-9 10
3. Ümid 6 2 3 1 8-4 9
4. Dinamo 6 0 1 5 2-19 1
Mərkəz və cənub regionu, mərkəz zonası
Nefçala - Kürdəmir 0:2
1. Füzuli 5 5 0 0 11-2 15
2 Gənclik 5 2 0 3 10-10 6
3 Neftçala 6 2 0 4 7-9 6
4 Kürdəmir 6 2 0 4 8-15 6
Paytaxt regionu, paytaxt zonası
Tufan - Ümid Masallı (Bakı) 7:1
Şıxlar (Qobustan) - Şağan 3:6
1. Şağan 6 4 1 1 20-12 13
2. Tufan 6 4 1 1 22-9 13
3. Ümid Masallı 6 2 1 3 15-17 7
4. Şıxlar 6 0 1 5 10-29 1
Paytaxt regionu, şimal zonası
Şahdağ (Quba) - Uğur (Sumqayıt) 1:3
Səhliyalı (Şabran) - Şahdağ (Qusar) 0:6
1. Uğur 5 4 1 0 16-3 13
2. Şahdağ (Qusar) 6 3 2 1 13-3 11
3. Şahdağ (Quba) 6 2 1 3 8-10 7
4. Səhliyalı 5 0 0 5 2-23 0
Şimal-Qərb regionu, qərb zonası
Xəmsə (Gəncə) - Energetik (Mingəçevir) 1:3
Şəmkir - Göyəzən (Qazax) 1:2
1. Energetik 5 3 1 1 10-7 10
2. Göyəzən 5 3 1 1 9-4 10
3. Şəmkir 6 3 0 3 10-10 9
4. Xəmsə 6 0 2 4 5-13 2
Şimal-Qərb regionu, şimal-qərb zonası
Şəki - Kürmük (Qax) 4:0
1. Şəki 6 3 2 1 13-10 11
2. Şirvan 5 2 1 2 8-4 7
3 Oğuz 5 2 1 2 9-15 7
4 Kürmük 6 2 0 4 10-11 6
Bombardirlər: Musa Rəcəbov (Ümid Masallı) – 6, Nicat Tağıyev (Uğur), Mehdixan Ağayev (Şağan) - 5
RƏŞAD