
Liderdən çətin qələbə
Həftəsonu futzal üzrə birinci liqada 18-ci turun görüşləri baş tutub. İki günə sığan tur gərgin oyunlarla yadda qalıb. Xüsusilə “Gren Loog” – “Baku Fire” qarşılaşması statusuna uyğun olaraq, maraqlı mübarizəyə səhnə olub. Fasiləyə komandalar 1:1 hesablı heç-heçə ilə yollansalar da, ikinci hissədə “Baku Fire” qələbə qazanmağı bacarıb. “Standard” isə uğursuz nəticələrdən sonra növbəti qələbəsini qazanıb. “Bank təmsilçisi” “Baku Fans”la görüşdə 3 xalı çətinlik çəkmədən əldə edib. Günün ən çox qol vuran komandası ADBTİA olub. “İdmançı tələbələr” “Star”ın “ulduzunu söndürüb”. Bu görüş turun ən məhsuldar oyunu olub. Baxmayaraq ki, autsayderlərin – “Romana” ilə “Gilan”ın duelində də qol “yağıb”. Azarkeşlərin 17 qol izlədiyi matçdan “Gilan” qalib ayrılıb. Bu, “şirkət təmsilçisi”nin cari mövsümdəki ikinci qələbəsi olub.
Martın 10-da keçirilən 3 oyunla 18-ci tura yekun vurulub. Günün ilk oyunu gərgin keçib. “İtaldizayn”la görüşdə hesabı erkən açan 17 yaşadək futzalçılardan ibarət millinin üzvləri matçın gedişində üstünlüyünü qoruya bilməyib. Ardıcıl 2 dəfə topu qapısında görən U-17 yalnız sona yaxın “status-kvo”nu bərpa edib. Elə liderin oyunu da maraqlı alınıb. “Yeni Günəşli” ilə qarşılaşmada rəqibin müqavimətini ikinci hissədə qıran “Qarabağ” yekunda istəyinə çatıb. “Hell Energy” isə “Yasamal”ın ikinci komandası ilə görüşün əvvəlində müqavimətlə üzləşsə də, sonradan qolları sıralayıb və turu 3 xalla qapayıb.
Green Log – Baku Fire 2:3
Standard – Baku Fans 7:1
Star – ADBTİA 2:18
Romana – Gilan 4:13
İtaldizayn – U-17 2:2
Yeni Günəşli – Qarabağ 2:4
Hell Energy – Yasamal-2 10:3
1. Qarabağ 18 14 3 1 144 36 45
2. Hell Energy 18 14 3 1 110 28 45
3. Baku Fire 18 13 2 3 120 51 41
4. ADBTİA 18 12 4 2 103 41 40
5. Green Log 18 11 2 5 71 40 35
6. İtaldizayn 18 9 3 6 86 46 30
7. Standard 18 10 0 8 103 61 30
8. Yeni Günəşli 17 8 3 6 67 45 27
9. Baku Fans 18 8 1 9 73 72 25
10. Yasamal-2 18 8 0 10 90 83 24
11. U-17 17 2 1 14 43 86 7
12. Star 18 2 0 16 51 154 6
13. Gilan 18 2 0 16 59 177 6
14. Romana 18 1 0 17 37 219 3