Yığma bu il ilk ev oyununu Belarusa qarşı keçirəcək. Qurban Qurbanovun komandası bu rəqibi martın 23-də Olimpiya stadionunda sınağa çəkəcək. Saat 20.00-da başlayacaq yoldaşlıq oyununun biletləri bu gündən satışa çıxarılır. VİP biletlərin qiyməti 15, qalanları isə 1, 2 və 4 manatdı. Azarkeşlər Bakıda, eləcə də Sumqayıtda olan “Asan xidmət” məntəqələindən, “28 Mall” və “Gənclik Mall”dan, bir neçə köşkdən bilet əldə edə bilər.