“Azərbaycan klubu “Neftçi”yə “transfer pəncərəsi”nin son günündə keçdim. Seçim imkanım da yox idi” - bu sözlər “Neftçi”nin sabiq qapıçısı Mihal Peskoviçə məxsusdu. 2015/16 mövsümünün ilk yarısında paytaxt təmsilçisinin formasını geyən slovakiyalı qapışı hazırda çıxış etdiyi Polşada verdiyi müsahibədə ölkəmizdə legioner həyatı yaşadığı dönəmi xatırlayıb: “Çalışıram ki, getdiyim hər ölkədən, hər klubdan ancaq yaxşı xatirələrimi saxlayım. “Neftçi”də qapıçılar üzrə məşqçimiz çox yaxşı idi. 5 gün baxışda oldum. Orda birdən-birə 45 dərəcə istiyə də dözə bildim. Bunu bacardım və düşündüm ki, heç də pis deyil. Onlar bütün futbolçuları dərindən yoxlayırdılar. Çünki bəziləri komandaya yalnız pul qazanmaq məqsədilə gəlmişdilər. Emil Mpenzanın mövsümə 1 milyonluq müqaviləsinə görə klub hələ məhkəmədə idi. Əlbəttə, mənim bu qədər pulum yox idi. Üstəlik, həmin vaxt neftin qiymətinin düşməsi də pis oldu. Onlar mənə dedilər ki, heç nə alınmayacaq”.
Qeyd edək ki, hazırda “Krakoviya”nın şərəfini qoruyan Peskoviç premier-liqada 2 oyun keçirib, 4 qol buraxıb.