"Xəzər Lənkəran"ın və "Neftçi"nin sabiq məşqçisi Tofiq Mustafayev özünə yeni iş yeri tapıb. Təcrübəli mütəxəssis Region Liqasında mübarizə aparan "Ümid Masallı"ya baş məşqçi təyin olunub. Mustafayevə "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarında çalışan Rəşid Tağıyev kömək edir. Artıq komanda onun rəhbərliyi altında ilk oyununa çıxıb. "Ümid Masallı" qrupun autsayderi olan Qobustan "Şıxlar"ını darmadağın edib - 8:2.
Qeyd edək ki, Mustafayev "Xəzər Lənkəran"da Ağasəlim Mircavadovun, "Neftçi"də isə Vəli Qasımovun köməkçisi olub.